Azərbaycan futbolunda yeni rekord

Azərbaycan futbolunda yeni rekord
23:32 20 Oktyabr 2016
76 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan futbolu tarixində yeni rekord qeydə alınıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin PAOK-la oyununda 2:0 hesabı ilə qalib gələn "Qarabağ" klublarımızın cari mövsümdə 10-cu qələbəsini rəsmiləşdirib.
 
Bununla, yeni rekord gerçəkləşib. Belə ki, indiyədək Azərbaycan klubları heç vaxt avrokubokların bir mövsümündə bu qədər qələbə qazanmamışdı.
 
Ölkəmizin 10-a çatmasında "Qəbələ"nin payı daha çoxdu - 5 qələbə. "Qarabağ" 3, "Neftçi" və "Kəpəz" hərəyə 1 dəfə seviniblər.
 
Bu uğuradək rekordumuz 9 qələbədən ibarət idi. 2014/15 mövsümündə klublarımız 24 matçdan 9-da üstün olmuşdu.
 
Qeyd edək ki, cari mövsümün 27 matçında 10 dəfə qələbə qazanan komandalarımız eyni sayda uduzub və 7 matçda heç-heçəylə kifayətlənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR