Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın qələbəsi tarixə düşdü

“Qarabağ”ın qələbəsi tarixə düşdü

Date: 20 October 2016 23:32

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin III turunun PAOK-la oyununda əldə etdiyi 2:0 hesablı qələbə Azərbaycan futbol tarixinə yubiley kimi düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,1994-cü ildən avrokuboklarda çıxış edən komandalarımız 75-ci dəfə meydanı qalib kimi tərk edib.

Bu, 275-ci matçda gerçəkləşib. Komandalarımız 71 dəfə heç-heçə edibsə, 129 dəfə uduzub.

75 qələbədən 27-si "Qarabağ"ın hesabındadı. Ağdam klubu hamıdan çox qələbə əldə edib.

"Neftçi" 15, "İnter" 12, "Qəbələ" 8 dəfə sevinib. "Bakı" 4, "Xəzər Lənkəran", "Karvan", "Kəpəz" hərəyə 2 dəfə qalib gəlibsə, "MKT-Araz", "Bakı fəhləsi" və "Şəmkir"in hərəyə 1 uğuru var.

Qeyd edək ki, ilk qələbə "Neftçi"nin hesabındadı. "Ağ-qaralar" 1996-cı ildə Bolqarıstan "Lokomotiv"ini 2:1 hesabı ilə məğlub edib.

Milli.Az


Tags:  Qarabağın qələbəsi tarixə düşdü

RƏYLƏR


Top news