Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qarabağ”la eyni qrupda oynamaq..." - PAOK-un baş məşqçisi

“Qarabağ”la eyni qrupda oynamaq..." -   PAOK-un baş məşqçisi

Date: 20 October 2016 23:47

“İlk dəqiqədən istədiyimiz oyunu qura bilmədik. Matç düşündüyümüz kimi alınmadı”. Bu sözləri PAOK klubunun baş məşqçisi Vladimir İviç deyib.
 
Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ”ın qonağı olan Yunanıstan təmsilçisi meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Görüşdən sonra keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı bunları deyib: “Açıq demək lazımdı, bu nəticəni gözləmirdik. Daha yaxşı nəticəyə ümid edirdik. İşimizə davam edəcəyik. Səhvlərimizi gördük. Onlardan nəticə çıxaracağıq”.
 
- Komandanız gah yaxşı, gah pis oynayırdı. Bunun səbəbi nə idi?
- Bəli, elə oldu. Birinci hissədə daha yaxşı oynadıq. İki dəfə qol imkanımız da oldu. Əfsuslar olsun ki, həmin epizodları dəyərləndirə bilmədik. Məğlubiyyətə görə mən məsuliyyət daşıyıram. Bizim üçün pis gün idi. Amma yaxşı ki, hələ də hər şey bizdən asılıdı. Vəziyyəti düzəltmək üçün imkanımız var.
 
- Əsas oyunçulardan sayılan Bisesvar niyə start heyətində yer almamışdı?
- Son 3 görüşdə ondan qənaətbəxş oyun görməmişdim. Buna görə də, Bisesvaa ilk “11-lik”də yer vermədim. İkinci hissədə onu meydana buraxdım.
 
- Komandanızda qələbə istəyi tam olaraq görünmürdü. Bunu nə ilə izah edərdiniz?
- Əlbəttə ki, tam qələbə hirsinin nümayiş olunmamağına biz bəraət qazandıra bilmərik. İlk dəfə idi ki, komandamda bu qədər fəaliyyətsizlik müşahidə etdim. Futbolçularım heç cür toparlanıb, öz oyunlarını göstərə bilmədilər. Rəqibə lazımi təzyiqi yaratmağı da bacarmadıq. Bir sözlə, oyunumuz alınmadı.
 
- PAOK qrupda nəyə ümid edir?
- Əslində, çətin qrupa düşmüşük. “Qarabağ” və “Fiorentina” kimi komandalarla eyni qrupda oynamaq o deməkdi ki, işimiz asan olmayacaq. Rəqibimizin heyətində qiymətli futbolçular var. Lakin irəliləmək şansımız var. Qarşıda bizi 3 oyun gözləyir və həmin matçlardan ikisini öz meydanımızda keçirəcəyik. (apasport.az)

Fanat.Az

Tags:  Qarabağla eyni qrupda oynamaq PAOK-un baş məşqçisi

RƏYLƏR


Top news