Bu nənə yaşını xatırlamır - 450 nəvəsi var + fotolar

Bu nənə yaşını xatırlamır - 450 nəvəsi var + fotolar
23:56 20 Oktyabr 2016
109 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin Diyarbəkir şəhərində yaşayan 97 yaşlı Şahi Tayurak adlı qadının 450-yə yaxın nəvəsi var.

Axşam.az CNN Türk-ə istinadən xəbər verir ki, yaşlı nənənin gözünün biraz zəif görməsindən başqa, səhhətində heç bir problemin olmadığı bildirilir.

Bir əsrə yaxın yaşı olan Ş.Tayurakın 3 evlilikdən 7 uşağı var. Maraqlısı budur ki, rəsmi qeydiyyatda iyul 1917-ci ildə doğulduğu yazılan qadının ən böyük qızının doğum tarixi isə 6 yanvar 1926-cı il göstərilib. Bu o deməkdir ki, ana və 90 yaşlı qızının arasında 7 yaş fərq var.

Bunun mümkün olmadığını deyən ailə üzvləri iddia edir ki, Şiha nənənin 120-dən çox yaşı var. Lakin, qadın dəqiq yaşını xatırlamır.

Nəvələri rəsmi qurumlara müraciət edərək onun dəqiq yaşının müəyyənləşdirilməsini istəyirlər.












Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59633

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR