Dünya bazarında neft qıtlığı yaranacaq

Dünya bazarında neft qıtlığı yaranacaq
00:27 21 Oktyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya bazarında neft çatışmazlığı dörd ildən sonra yarana bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu "RİA Novosti"yə BP-nin Rusiya bölməsinin (BP Rusiya) vitse-prezidenti Vladimir Drebentsov deyib. 

"Neft bazarında çatışmazlıq dörd ildən sonra yaranacaq. Biz 2014-2016-cı illərdə reallaşdırılmayan investisiyaların hansı həcmdə olduğunu bilirik, şirkət investisiya planında azaltmalar etməli olub. Bir neçə layihələr təxirə salınıb. Nəzərə alsaq ki, bu layihələr aşağı 5 illik olub, deməli, 2015-ci ildə reallaşdırılmalı olan investisiyalar təxminən 2020-ci ildə özünü biruzə verəcək", - deyə Drebentsov qeyd edib.  

"İnvestisiyaların azalması səbəbindən nəzərdə tutulmuş neftin bazara çıxarılmayacağı və ABŞ-ın  hasilatı artırmaqla buna təsir edə bilməyəcəyi təqdirdə dünya bazarında çatışmazlıq yarana bilər. Kəsirin nə qədər dərin olacağını indidən demək çətindir", -deyə Drebentsov əlavə edib.    

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR