Evdə təmir aparan kişi xəzinə tapdı (FOTO)

Evdə təmir aparan kişi xəzinə tapdı (FOTO)
00:28 21 Oktyabr 2016
155 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Ohayo ştatında ailə 40-cı illərdə tikilən ev alıb. Kişi birinci və ikinci mərtəbələri öz əlləri ilə təmir etdikdən sonra növbə zirzəmiyə çatıb. O, tavanı sökən zaman kiçik dəmir çamadan aşkarlayıb.

“branic12” nikli şəxs sevincini internet istifadəçiləri ilə paylaşıb.

Çamadanda 1951-ci il 25 mart tarixli qəzet və kağıza bükülü üç bağlama dollar olub.

Pulu tapan şəxslər ələ düşən fürsətdən istifadə edərək ipoteka borcunu bağlamağa qərar veriblər. Lakin mütəxəssislər onlara tələsməməyi məsləhət görüblər. Görünür, nadir əksinasların dəyəri müasir dollarlardan daha artıqdır, kolleksionerlər isə hər zaman belə pulları əldə etməyə şad olurlar.

Xoşbəxt şəxs vəkili ilə danışdıqdan sonra evdə olan hər şeyin ona məxsus olduğunu öyrənib. Prosesin hüquqi tərəfi həll edildikdən sonra şəxs internet istifadəçiləri ilə sevincini paylaşıb: “Əskinaslardan bəzisi çox nadirdir, qızıl sertifikatlı və ulduzlu əskinaslar da var, onlar artıq uzun müddətdir ki, dövriyyədən çıxıb. Əskinaslar 1928-1934-cü illərə aiddir”.

Tapılan üç paçka dollardan biri 20, o biri 50, üçüncü isə 100 dollarlıq əskinaslar olub. Hesabladıqdan sonra tapıntının ümumi məbləğinin 23 000 dollar olduğu məlum olub.

Lakin sürpriz bununla da bitməyib... Bir həftədən sonra kişi işi davam etdirmək üçün zirzəmiyə geri qayıdıb və daha bir çamadan aşkarlayıb. Bu dəfə çamadanın çəkisi daha ağır olub.

Gözlərinə inanmayan şəxs çamadanı yoldaşı ilə birgə açmaq üçün onu gözləyib.

Səhər yeməyi üçün nəzərdə tutulan qutudan yenidən nəğd pul tapılıb.

İki xəzinənin ümumi dəyəri 45 000 dollara bərabərdir. Maraqlısı budur ki, 1940-cı il qiymətlərinə əsasən, bu məbləğ bu günün 776 018 dollarına bərabərdir.

Nadir əskinaslar satılıb, onların əvəzinə yeniləri verilib (siz onları fotoda görürsünüz). Ümumilikdə 45 000 dollar alan şəxs vəsaiti bank hesabına yatırıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR