Avropa Liqasında III turun oyunları keçirilib

Avropa Liqasında III turun oyunları keçirilib
01:32 21 Oktyabr 2016
84 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında III turun oyunları keçirilib.
"Report"un məlumatına görə, 12 qrupda ümumilikdə 24 görüş baş tutub.
Azərbaycanlı futbol azarkeşləri üçün maraqlı oyunlardan biri İngiltərənin Mançester şəhərində olub. "A" qrupunda "Mançester Yunayted" Türkiyənin "Fənərbağça" klubunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər görüşündə isə Hollandiyada "Feyenoord" Ukrayna "Zarya"sını 1:0 hesabı ilə məğlub edib. Bu nəticə ilə "Mançester Yunayted" və "Feyenoord" 6 xalla qrupda ilk iki pilləni bölüşür.
"Qəbələ"nin çıxış etdiyi "C" qrupunda Belçika "Anderlext"i Almaniyada "Maynts"la üz-üzə gəlib. 90 dəqiqəlik mübarizənin sonunda qalib müəyyənləşməyib - 1:1. Fransada "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edən "Sent-Etyen" xal ehtiyatını artırıb. Üç oyundan sonra "Anderlext", "Sent-Etyen" və "Maynts"ın aktivində 5 xal var.
"Qarabağ"ın mübarizə apardığı "J" qrupunda isə İtaliya "Fiorentina"sı Çexiyanın "Slovan" komandasının qonağı olub. Qarşılaşma Florensiya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. Meydan sahibləri qələbə sayəsində xal ehtiyatını 7-ə çatdıraraq vahid liderə çevrilib. "Qarabağ" isə Bakıda Yunanıstan PAOK-unu 2:0 hesabı ilə məğlub edib.
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev və briqadasının Türkiyədə idarə etdiyi "Konyaspor" - "Braqa" (Portuqaliya) matçında qalib müəyyənləşməyib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. "H" qrupunun digər görüşündə Ukraynanın "Şaxtyor" (Donetsk) klubu Belçika "Gent"ini qəbul edib. Qonaqlar Belçikada 5:0 hesablı darmadağınla üzləşib.
Avropa Liqası, qrup oyunları, III tur
20 oktyabr
A qrupu
"Mançester Yunayted" (İngiltərə) - "Fənərbağça" (Türkiyə) - 4:1
"Feyenoord" (Hollandiya) - "Zarya" (Ukrayna) - 1:0
Xal durumu: "Feyenoord" - 6. "Mançester Yunayted" - 6. "Fənərbağça" - 4. "Zarya" - 1.
B qrupu
"Olimpiakos" (Yunanıstan) - "Astana" (Qazaxıstan) - 4:1
"Yanq Boyz" (İsveçrə) - APOEL (Kipr) - 3:1
Xal durumu: APOEL - 6. "Olimpiakos" - 6. "Yanq Boyz" - 4. "Astana" - 1.
C qrupu
"Sent-Etyen" (Fransa) - "Qəbələ" (Azərbaycan) - 1:0
"Maynts" (Almaniya) - "Anderlext" (Belçika) - 1:1
Xal durumu: "Maynts" - 5. "Sent-Etyen" - 5. "Anderlext" - 5. "Qəbələ" - 0.
D qrupu
AZ (Hollandiya) - "Makkabi" (Tel-Əviv, İsrail) - 1:2
"Dundalk" (İrlandiya) - "Zenit" (Rusiya) - 1:2
Xal durumu: "Zenit" - 9. "Dundalk" - 4. "Makkabi" - 3. AZ - 1.
E qrupu
"Roma" (İtaliya) - "Austriya" (Avstriya) -3:3
"Viktoriya" (Çexiya) - "Astra" (Rumıniya) -1:2
Xal durumu: "Roma" - 5. "Austriya" - 5. "Astra" - 3. "Viktoriya" - 2.
F qrupu
"Genk" (Belçika) - "Atletik" (İspaniya) - 2:0
"Rapid" (Avstriya) - "Sassuolo" (İtaliya) - 1:1
Xal durumu: "Genk" - 6. "Rapid" - 4. "Sassuolo" - 4. "Atletik" - 3.
G qrupu
"Standart" (Belçika) - "Panatinaikos" (Yunanıstan) - 2:2
"Selta" (İspaniya) - "Ayaks" (Hollandiya) - 2:2
Xal durumu: "Ayaks" - 7. "Selta" - 5. "Standart" - 2. "Panatinaikos" - 1.
H qrupu
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Gent" (Belçika) - 5:0
"Konyaspor" (Türkiyə) - "Braqa" (Portuqaliya) - 1:1
Xal durumu: "Şaxtyor" - 9. "Gent" - 4. "Braqa" - 2. "Konyaspor" - 1.
İ qrupu
"Krasnodar" (Rusiya) - "Şalke" (Almaniya) - 0:1
"Zalsburq" (Avstriya) - "Nİtsa" (Fransa) - 0:1
Xal durumu: "Şalke" - 9. "Krasnodar" - 6. "Nitsa" - 3. "Zalsburq" - 0.
J qrupu
"Qarabağ" (Azərbaycan) - PAOK (Yunanıstan) - 1:0
"Slovan" (Çexiya) - "Fiorentina" (İtaliya) - 1:3
Qol: Nikola Kaliniç, 8, 23
Xal durumu: "Fiorentina" - 7. PAOK - 4. "Qarabağ" - 4. "Slovan" - 1.
K qrupu
"İnter" (İtaliya) - "Southempton" (İngiltərə) - 1:0
"Hapoel" (Bir Şeva, İsrail) - "Sparta" (Çexiya) - 0:1
Xal durumu: "Sparta" - 6. "Hapoel" - 4. "Southempton" - 4. "İnter" - 3.
L qrupu
"Styaua" (Rumıniya) - "Sürix"(İsveçrə) - 1:1
"Osmanlıspor" (Türkiyə) - "Vilyarreal" (İspaniya) - 2:2
Xal durumu: "Vilyarreal" - 5. "Sürix" - 4. "Osmanlıspor" - 4. "Styaua" - 2.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/avropa-liqasinda-iii-turun-oyunlari-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR