Roman Qriqorçuk: "Qrupda hər üç rəqibdən zəifik"

Roman Qriqorçuk: "Qrupda hər üç rəqibdən zəifik"
02:07 21 Oktyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Rəqib bizdən güclü idi. Daha çox qol vurmaq üçün imkanlar yaratdılar. Ona görə də nəticənin oyuna görə olduğunu hesab edirəm. Bu nəticə ilə nə öyünə, nə də çox da kədərlənə bilərik. Çox güclü komandaya uduzduq".
"Report"un məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Fransada "Sent-Etyen"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis sərgilədikləri oyundan məyus olmadıqlarını bildirib.
Mətbuat konfransında almaniyalı jurnalist Qriqorçuka 3 il öncə "Çernomorets"lə (Odessa) Sent-Etyen yaxınlığında yerləşən Lion şəhərinin eyniadlı komandasına yaxşı oynadıqları halda uduzduqlarını xatırladıb. O, 51 yaşlı mütəxəssisdən həmin oyunla indiki arasında hansısa paralel aparmağın mümkünlüyü barədə soruşub. Qriqorçuk isə bildirib ki, bu, mümkün deyil:
"Çünki həmin vaxt biz fərqli statusda idik. "Lion"la qrup yox, 1/16 final mərhələsinin görüşünə çıxmışdıq. Üstəlik, hər iki matçı bərabər səviyyədə keçirmişdik və növbəti mərhələyə yüksələcəyimizə ümid edirdik. Amma "Qəbələ"də Avropa Liqası hesabına təcrübə toplayırıq. Görürəm ki, qrupdakı hər üç rəqibdən zəifik. Amma əvəzində təcrübə toplamaq imkanına malikik, komandamıza lazım olanı aşılamaq imkanımız var".

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/roman-qriqorcuk-qrupdaki-her-uc-reqibden-zeifik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR