Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Fransa polisi yenidən etiraz aksiyası keçirib

Fransa polisi yenidən etiraz aksiyası keçirib

Ermənistanı etiraz aksiyaları bürüyüb (20 Mart 2017 20:25)
Ermənistanı etiraz aksiyaları bürüyüb (20 Mart 2017 20:17)
Afinada Yunanıstan Kənd Təsərrüfatı Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib (08 Mart 2017 17:57)

Tarix: 21 Oktyabr 2016 04:07

Bakı. 21 oktyabr. REPORT.AZ/ Fransa polisi hakimiyyətin diqqətini çətin iş şəraitinə cəlb etmək məqsədi ilə yenidən etiraz aksiyası keçirib.
"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, təqribən 500 polis əməkdaşı cümə axşamı Eyfel qülləsinin qarşısında yerləşən Trokadero meydanına toplaşıb.
Onlar əvvəllər xuliqanların hərəkətlərindən zərər çəkən həmkarlarına dəstək şüarları, həmçinin daxili işlər naziri Bernar Kaznevin istefasına çağırışlar səsləndiriblər. Analoji aksiyalar Fransanın digər şəhərlərində də keçirilib.
Fransa polisinin etiraz aksiyası keçirməsinə oktyabrın 8-də Paris qəsəbələrindən birində naməlum şəxslərin polis avtomobilinə "Molotov kokteyli" atması səbəb olub. Həmin hadisə zamanı bir asayiş keşikçisi ciddi yanıq xəsarətləri alıb. Ondan sonra daha bir oxşar hadisə bş verib.

Teqlər:  Fransa polisi yenidən etiraz aksiyası keçirib



RƏYLƏR


Top xəbərlər