“Nəticə bizim üçün təəccüblü olmadı” – Roman Qriqorçuk

“Nəticə bizim üçün təəccüblü olmadı” – Roman Qriqorçuk
05:49 21 Oktyabr 2016
101 Digər
Ölkə mətbuatı
A- A+

“Bu nəticə bizim üçün təəccüblü olmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə “Sent-Etyen”lə qarşılaşan “qırmızı-qaralar”ın ukraynalı çalışdırıcısı minimalhesablı məğlubiyyəti dəyərləndirib: “Rəqibin bizdən güclü olduğu görünürdü. Çoxlu qol imkanları oldu. Təbii ki, məğlubiyyəti heç kim istəməz, ancaq faciə olduğunu demək olmaz”.

 

Almaniyadan gələn ukraynalı jurnalistin 3 il əvvəl “Çernomorets”in “Lion”la oyununu xatırlatması və bu iki matç haqqında oxşarlıq olub-olmaması barəsində sualını isə təcrübəli mütəxəssis belə cavablandırıb: “Düşünmürəm ki, bu iki oyun arasında oxşarlıqlar var. O zaman biz tamam fərqli statusda idik. Qrupdan da çıxmışdıq. Ancaq indiki komandamda hədəflərimiz tamam fərqlidi. Biz daha çox təcrübə qazanmaq üçün oynayırıq. Bilirik ki, qrupumuzdakı hər üç komanda bizdən daha güclüdür. Belə komandalara qarşı oynayaraq, öyrənmək istəyirik. Ümid edirəm ki, biz gələcəkdə daha yaxşı çıxış edəcəyik”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257192

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR