Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünya bazarında neft qıtlığı yaranacaq

Dünya bazarında neft qıtlığı yaranacaq

Date: 21 October 2016 06:08

Dünya bazarında neft çatışmazlığı dörd ildən sonra yarana bilər.

Publika.az APA-ya istinadən xəbər verir ki, bunu "RİA Novosti"yə BP-nin Rusiya bölməsinin (BP Rusiya) vitse-prezidenti Vladimir Drebentsov deyib.

"Neft bazarında çatışmazlıq dörd ildən sonra yaranacaq. Biz 2014-2016-cı illərdə reallaşdırılmayan investisiyaların hansı həcmdə olduğunu bilirik, şirkət investisiya planında azaltmalar etməli olub. Bir neçə layihələr təxirə salınıb. Nəzərə alsaq ki, bu layihələr aşağı 5 illik olub, deməli, 2015-ci ildə reallaşdırılmalı olan investisiyalar təxminən 2020-ci ildə özünü biruzə verəcək", - deyə Drebentsov qeyd edib.

"İnvestisiyaların azalması səbəbindən nəzərdə tutulmuş neftin bazara çıxarılmayacağı və ABŞ-ın hasilatı artırmaqla buna təsir edə bilməyəcəyi təqdirdə dünya bazarında çatışmazlıq yarana bilər. Kəsirin nə qədər dərin olacağını indidən demək çətindir", -deyə Drebentsov əlavə edib.


Tags:  Dünya bazarında neft qıtlığı yaranacaq

RƏYLƏR


Top news