Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu gün futbol üzrə DÇ-2018-in talismanı elan olunacaq

Bu gün futbol üzrə DÇ-2018-in talismanı elan olunacaq

Date: 21 October 2016 07:22

Bakı. 21 oktyabr. REPORT.AZ/ Futbol üzrə dünya çempionatı - 2018-in talismanı cümə günü Rusiyanın Birinci kanalında yayımlanan "Veçerniy Urqant" verilişində elan olunacaq.
"Report" xəbər verir ki, o, canavar, pişik və pələng personajları arasından ümumxalq səsverməsi yolu ilə seçilib.
Səsvermə sentyabrın 23-dən FİFA-nın rəsmi saytında və təşkilatın sosial şəbəkələrdəki səhifələrində start götürüb və Bakı vaxtı ilə cümə axşamı 21:18-də başa çatıb. Bu gün bütün arzu edənlər Birinci kanalın saytında səsverməni davam etdirə bilərlər. "Veçerniy Urqant" verilişi Bakı vaxtı ilə 00:30-da efirə gedəcək.

Tags:  gün futbol üzrə DÇ-2018-in talismanı elan olunacaq

RƏYLƏR


Top news