Şimali Koreyanın raket sınağı yenidən iflasa uğrayıb

Şimali Koreyanın raket sınağı yenidən iflasa uğrayıb
08:08 21 Oktyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreyanın həyata keçirdiyi raket sınağı növbəti dəfə iflasa uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreya hərbi mənbələri məlumat yayıb.

Qeyd edək ki, bu, bir həftə ərzində iflasa uğramış ikinci sınaqdır. Bu raketin Quamdakı ABŞ hərbi bazalarını vurmaq gücündə olduğu deyilir. Raket bu il ərzində səkkiz dəfə sınaqdan keçirilib və bu sınaqlardan yalnız biri uğurlu olub. Lakin ekspertlər ehtiyat edirlər ki, o, artıq gələn il istismar oluna bilər.

ABŞ sınağı tənqid edərək onu "növbəti təxribat" adlandırıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR