Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yol qəzası: 1 ölü, 1 yaralı

Azərbaycanda yol qəzası: 1 ölü, 1 yaralı

Date: 21 October 2016 08:27

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonu, Ağbil kəndi ərazisində "VAZ" markalı minik avtomobili ilə "Azsamand" markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal Nazirliyin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1960-cı il təvəllüdlü Şamxalova Lida İlyasovanın meyitini və digər avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişin çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Əməliyyat saat 01:14-də başa çatıb.

Milli.Az


Tags:  Azərbaycanda yol qəzası ölü yaralı

RƏYLƏR


Top news