Bakıda "Toyota" və "BMW" toqquşdu, xəsarət alanlar var - FOTO

Bakıda "Toyota" və "BMW" toqquşdu, xəsarət alanlar var - FOTO
08:37 21 Oktyabr 2016
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ağır yol qəzası baş verib. Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Həsən Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan 99 FZ 255 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobilin sürücüsü qırmızı işığa məhəl qoymayaraq yoluna davam edib və bu zaman qarşıdan gələn  "BMW" ilə toqquşub. Zərbənin gücündən "BMW" yolun kənarındakı işıqfora çırpılıb.
 
Hadisə nəticəsində "BMW"nin sürücüsü və sərnişini xəsarətlər alıb. Sürücü müayinə edildikdən sonra evə buraxılıb, sərnişin isə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
 
Avtomobillərin hər ikisi yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/481613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR