Uşaq bağçaları özəlləşdirilir?

Uşaq bağçaları özəlləşdirilir?
08:57 21 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Avstriyanın XİN başçısı müsəlman uşaq bağçalarının bağlanmasını təklif edib (22 İyun 2017 05:22)
Azərbaycanda yeni növ təhsil müəssisələri yaradılacaq (14 Aprel 2017 14:21)
Azərbaycanda yeni növ təhsil müəssisələri yaradılacaq (14 Aprel 2017 14:12)

Məktəbəqədər təhsil müəssisələrinin pullu olması, özəlləşdirilməsi və ödəniş haqqının maksimum 500 manat olması təklif edilir. Bu təklif Milli Məclisin Elm və təhsil komitəsinin dünənki iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı səsləndirilib.

Komitə sədri İsa Həbibbəylinin sözlərinə görə, özəlləşmə məktəbəqədər təhsil müəssisələrinin təyinatını dəyişməməlidir: "Qanun layihəsinin hazırlıq variantında bağçaların özəlləşdirilməməsini qeyd etmişdik. Lakin sonra baxdıqda aydın olur ki, rayonların bəzilərində maliyyə yardımları ayırmaq bir az çətin olur. Ona görə də məcburən dövlətin tikib istifadəyə verdiyi bir çox bağçaların inkişaf etməsi və fəaliyyətini davam etdirməsi üçün özəlləşdirməyə ehtiyac var. Belə faktlar rayonlarda müşahidə olunur. Bu səbəbdən təyinatı dəyişmədən məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsini mümkün hal hesab edirik".

Həbibbəyli bildirib ki, özəl uşaq bağçalarında ödənişi maksimum 500 manat həddində müəyyən etmək olar: "Müxtəlif ölkələrdə bu müxtəlif cür hesablanır. Bəzi ölkələrdə minimum əmək haqqının misli ilə hesablanır. Azərbaycanda da bu həddi müəyyən etmək məqsədəuyğundur".

Dediyinə görə, iclasda müzakirə olunan yeni hazırlanmış və ilk oxunuşda təqdim olunan "Məktəbə qədər təhsil haqqında" qanuna bu məsələnin salınmasını təklif edir.

Milli.Az xəbər veriri ki, Azərbaycan Təshsil Şurasının sədri Əjdər Ağayev "Ekspress"ə bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilərək pullu olması - bu cür yanaşma ümumiyyətlə, xalqın sosial vəziyyətinin nəzərə alınmaması deməkdir. "Ataların sözü var: "Toxun acdan xəbəri olmaz". İndi tox adamlar bir yerə yığışaraq, acları yaddan çıxarıblar. Yəni aşağı səviyyədə yaşayan insanları yaddan çıxarıblar və belə təkliflər irəli sürürlər. O qərarlara öz münasibətini göstərən və o cür düşünən adamlar böyük hörmət etdiyim və içərisində yaxın münasibətdə olduqlarım da var. Buna baxmayaraq, düşünürəm ki, bu, səhv addımdır" deyən müsahibimizin sözlərinə görə, dövlət müəssisələrini dövlət xərc qoyub yaradıb, dövlət onu fəaliyyətə gətirib, dövlətin xalqla əlaqələri dövlət müəssisələri vasitəsilə olur. Dövlətlə xalqın əlaqəsini tamamilə qırmaq ideoloji cəhətdən tam yanlış addımdır. Ona görə də, uşaq bağçaları, məkətəbəqədər təhsil müəssisələrini kim özəl yaradır, yaratsın. "Amma dövlət bağçalarının özəlləşdirilməsi tamamilə yanlış addımdır. Özəl olanda valideynlərin məcbur qalıb pul verməsi məqsədəuyğun deyil. Düşünürəm ki, parlamentdəkilərin əksəriyyəti bu cür təkliflərin əleyhhinə çıxacaq. Dövlətin məktəbəqədər təhsildən, yəni təhsilin əvvəlindən başlayan hissəsindən xalqla olan əlaqələrin əksinə möhkəmlənməsinə çalışacaq. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunu daha da artıracaq, şəraitini yaxşılaşdıracaq və imkan verəcək ki, ilkin, məktəbəqədər təhsil yüksək səviyyədə olsun. Düşünürəm ki, dövlət məktəbəqədər və təhsil müəssisələri dövlətin nəzdində, himayəsində qalmalıdır".

Ə.Ağayevin dediyinə görə, "Təhsil haqqında" qanunda yazılır ki, ümumi, orta təhsil icbaridir və dövlət tərəfindən onun həyata keçirilməsinə şərait yaradılır: "Dövlət hər bir vətəndaşın təhsil almasına təminat verir. Bu, qanunun müddəalarıdır. Dövlət də xalqın arzu, istək və şəraitini nəzərə almalıdır. Milli Məclis nəzərə almalıdır ki, dövlətin qanunları düzgün yerinə yetirilsin. Xalqın istəyi də düzgün yerinə yetirilsin".

Təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlı qəzetimizə bildirib ki, pulsuz məktəbəqədər təhsil müəssisələrini yüksək səviyyəyə çatdırmaq üçün dövlətin kifayət qədər vəsaiti yoxdur: "Bu nəzərə alınaraq, bu cür təkliflər irəli sürülə bilər. Amma dövlət təhsil və məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi düzgün deyil. Özəl təhsil müəssisələri də ola bilər. Amma dövlət təhsil müəssisələri mütləq olmalıdır. Əhalinin imkansız təbəqəsinin övladları üçün də bərabər təhsil almaq imkanları yaradılmalıdır və buna ehtiyac var. Məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi bugünkü şəraitdə düzgün deyil. Məktəbəqədər təhsil müəssisələrində maksimum ödənişin 500 manat təyin edilməsi də, əksər uşaqların məktəbəqədər təhsil müəssisəsindən yayınmasına gətirib çıxaracaq".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev əməkdaşımıza bildirib ki, müxtəlif inkişaf etmiş ölkələrin təhsil modelinə görə pulsuz dövlət təhsil müəssisələri var: "Məsələn, alman təhsil modelinə görə, məktəbəqədər təhsil, orta təhsil, ali təhsil pulsuzdur. Dövlət Almaniya vətəndaşına təhsili pulsuz verir. Yaponiyada da belədir. İnkişaf etmiş bir sıra ölkələrdə xalqın təhsili önəm daşıyır, bu, strateji məsələdir. Onlar maksimum dərəcədə təhsili pulsuz etməyə çalışırlar ki, əhali tam şəkildə təhsilin imkanlarından istifadə edə bilsin".

Azərbaycanın iqtisadi göstəricilərinin normal olduğunu deyən ekspertin bildirdiyinə görə, bu səbəbdən də bugünkü gündə Azərbaycanda əhalinin kostitusiyon hüququ odur ki, təhsil əlçatan olmalıdır. "Dövlət nəzdində olan bütün və ya əksər məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi düzgün deyil. Aztəminatlı insanlar da təhsil ala bilməlidir. Dövlət adında olan müəssisələr pulsuz olmalıdır. Özəl sektorun inkişafna isə şərait yaradılmalıdır ki, özəl sektor özü təşkil etsin, özü tiksin. Kim istəyirsə, imkanlıdır, pulu var, gedib orda uşağını oxutsun. Dövlət ümumilikdə əhalinin qayğısına qalıb, aztəminatlı ailədən olanların qeydinə qalıb təhsili pulsuz təşkil etməlidir".

Atakişiyev əlavə edib ki, aylıq 2500 manat maaş alan deputat öz övladını özəl bağçaya qoya bilər, özəl məktəbdə oxuda bilər. "Amma 250-350 manat əmək haqqı alanlar uşağını özəl məktəbəqədər təhsil müəssisəsində necə oxudacaq?", - deyə ekspert vurğulayıb.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İlham Əliyev Varşavada Qarabağdan danışdı

28 İyun 2017 01:09

Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

28 İyun 2017 00:47

Polşa prezidenti: "Azərbaycan mühüm tərəfdaşımızdır"

28 İyun 2017 00:44

Xəzərdə batan şəxs xilas edilib

28 İyun 2017 00:43

Tut yığmaq istədi, xəstəxanalıq oldu

28 İyun 2017 00:39

Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə bir dəst medal qazanıblar

28 İyun 2017 00:37

Andjey Duda: "Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir"

28 İyun 2017 00:37

Tayson Bakıya gələcək

28 İyun 2017 00:33

Çempionlar Liqasında mübarizəyə start verilib -

28 İyun 2017 00:28

Avropa kuboklarında 2017-2018 mövsümünə start verilib

28 İyun 2017 00:17

"Toyota" piyadanı vurub öldürdü

28 İyun 2017 00:09

Astroloji proqnoz - 28 iyun

28 İyun 2017 00:08

Dubayın əsl siması: o şəhər göründüyü kimi deyil - FOTO

28 İyun 2017 00:05

“Akdağ” məhv edildi

28 İyun 2017 00:05

Günün qoroskopu: əsəblərinizi cilovlayın

28 İyun 2017 00:05

Bir gecədə bağırsaq qurdlarından xilas olmaq istəyirsinizsə...

27 İyun 2017 23:57

"Cənub Qaz Dəhlizi" layihəsi Avropaya qazın çatdırılması üçün yeganə yeni mənbədir" -

27 İyun 2017 23:56

Türkiyədə terrorçular hərbi avtomobilə hücum ediblər

27 İyun 2017 23:55

Ocaqlara və pirlərə getmək nə vaxtdan günah sayılıb?

27 İyun 2017 23:52

Autizm dünyanın sonu deyil

27 İyun 2017 23:47

“Stress çarxları” həqiqətənmi, müalicəvidir? - Marketinqin yeni hiyləsi

27 İyun 2017 23:42

Bu 12 əlamət sizdə varsa, HƏKİMƏ MÜRACİƏT EDİN

27 İyun 2017 23:42

Məscidə piyada getməyin savabı nə qədərdir?

27 İyun 2017 23:42

Stalinin kokaindən istifadə etməsi təsdiqlənib - Arxivlər açıldıqca...

27 İyun 2017 23:42

Prezidentin şərəfinə ziyafət

27 İyun 2017 23:39

Samuxda qadın ağacdan yıxıldı

27 İyun 2017 23:37

Model Leyla Oruclunun ölümündə suçlanan həkim - “Bütün sənədlər prokurorluqdadır”

27 İyun 2017 23:37

Kluba cilvəli getdi - FOTO

27 İyun 2017 23:32

Uşağın qarnı gündən-günə böyüyür -

27 İyun 2017 23:31

Kişinin sevgisini bilmək istəyirsinizsə... - XANIMLARA PSİXOLOQ MƏSLƏHƏTİ

27 İyun 2017 23:27

Sizin Alsheymer xəstəliyinə yaxalanma riskiniz varmı?

27 İyun 2017 23:22

Azad Rəhimov: "Tayson, Holifild və Coşua Bakıya dəvət olunub"

27 İyun 2017 23:17

"Survivor" iştirakçısı tanınmış aktyorla sevgilidir - FOTO

27 İyun 2017 23:17

Oynaqlarında xırçıltılar və bel ağrıları varsa...

27 İyun 2017 23:17

Şəmkirdə ev kül oldu

27 İyun 2017 23:14

Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru

27 İyun 2017 23:12

Formula 1 üzrə Qran Prini nə qədər tamaşaçı izləyib?

27 İyun 2017 23:12

Şəmkirdə mənzildə yanğın baş verib

27 İyun 2017 23:09

"Qalatasaray" ik transferi açıqladı (RƏSMİ)

27 İyun 2017 23:07

Müğənni istirahətdən erotik fotolar paylaşdı - FOTO

27 İyun 2017 23:05

Facebook istifadəçilərinin sayı 2 milyardı ötüb

27 İyun 2017 23:05

İlham Əliyev: "Cənub Qaz Dəhlizi" layihəsini 100 faiz tamamlamaq üçün 2-3 il vaxt lazımdır"

27 İyun 2017 23:02

Sui-qəsdi Rusiya kəşfiyyatçıları törədib? – Moskvadan CAVAB

27 İyun 2017 22:58

Uzun müddətdir boşanmış insanların kəbin kağızının bir əhəmiyyəti varmı?

27 İyun 2017 22:57

Poşada Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib (FOTO)

27 İyun 2017 22:55

Polşada Azərbaycan prezidentinin şərəfinə rəsmi ziyafət verilib -

27 İyun 2017 22:54

Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

27 İyun 2017 22:52

Prezident Andjey Duda: Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır

27 İyun 2017 22:50

Millimizin üzvü A Seriyasında - FOTO

27 İyun 2017 22:47

Xərçəng əleyhinə bakteriya tapıldı

27 İyun 2017 22:47