Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Samuxda da yaşayış evində partlayış oldu: 2 nəfər ağır yaralı

Samuxda da yaşayış evində partlayış oldu: 2 nəfər ağır yaralı

Date: 21 October 2016 08:59

Samuxda yaşayış evində partlayış olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Ağasıbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Naçar İsmayılov yaşadığı mənzildə qaz sobasını yandırmaq istəyərkən partlayış baş verib. Nəticədə N. İsmayılov və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zemfira İsmayılova yanıq xəsarətləri alıblar. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan şəxslərə dərhal tibbi yardım göstərilib və onların Bakıda aidiyyəti üzrə xəstəxanaya göndərilməsi nəzərdə tutulur.

Partlayışın evə qaz sızmasından baş verdiyi bildirilir.


Tags:  Samuxda yaşayış evində partlayış oldu nəfər ağır yaralı


RƏYLƏR


Top news