Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda baş verən partlayışda xəsarət alanlar Türkiyəyə aparıldılar

Bakıda baş verən partlayışda xəsarət alanlar Türkiyəyə aparıldılar

Date: 21 October 2016 09:12

Dünən Hökməli qəsəbəsində mənzildə baş vermiş patlayış nəticəsində xəsarət alanlardan 2 nəfər Türkiyəyə köçürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, xəsarət alan ev sahibi Müşviq Qurbanov və həyat yoldaşı Səbruz Novruzova dünən gecə saatlarında Respublika Yanıq Mərkəzindən Türkiyədəki hospitallardan birinə köçürülüblər.

Hadisə nəticəsində xəsarət alan ailənin digər üzvü 12 yaşlı Leyla Qurbanlı isə vəziyyəti sabit olduğundan onun müalicəsi Respublika Yanıq Mərkəzində davam etdirilir.

Qeyd edək ki, oktyabrın 20-də səhər saat 5:00 radələrində Abşeron rayonun Hökməli qəsəbəsində "Azəravtoyol" ASC-nin əməkdaşı, 1972-ci il təvəllüdlü Müşviq Qurbanovun mənzilində qaz sızmasından partlayış baş verib.

Hadisə nəticəsində M. Qurbanov və həyat yoldaşı, 1972-ci il təvəllüdlü S.Novruzova və qızı, 2004-cü il təvəllüdlü L.Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri alıblar.

Ailənin digər üzvü, 3 yaşlı Banuçiçək Qurbanlı isə aldığı xəsarətlərdən dünyasının dəyişib.

Milli.Az


Tags:  Bakıda baş verən partlayışda xəsarət alanlar Türkiyəyə aparıldılar

RƏYLƏR


Top news