Samuxda fərdi yaşayış evində partlayış olub, xəsarət alanlar var

Samuxda fərdi yaşayış evində partlayış olub, xəsarət alanlar var
09:22 21 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Samux. 21 oktyabr. REPORT.AZ/ Samux rayonunda fərdi yaşayış evində partlayış baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, partlayış zamanı iki nəfər axğır yaralanıb.
Hələlik hansı səbəbdən baş verdiyi məlum olmayan partlayış Samux rayon sakini, 1961-ci il təvəllüdlü  Nacar İsmayılova məxsus evdə qeydə alınıb.
Nəticədə ev N.İsmayılov və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü  Zemfira İsmayılova ağır bədən xəsarətləri alıblar. Yaralılar qonşuların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Həkimlər tərəfindən dərhal tibbi yardım göstərilən hər iki yaralının vəziyyətləri ağır olduğundan Bakı şəhərindəki tibb müəssisələrindən birinə göndərilməsi gözlənilir.
Faktla bağlı Samux Rayon Polis Şöbəsindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/samuxda-ferdi-yasayis-evinde-partlayis-olub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR