Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Roman Qriqorçuk: “Nəticə təəccüblü olmadı”

Roman Qriqorçuk: “Nəticə təəccüblü olmadı”

“Təsəvvürümə gətirə bilməzdim” – Roman Qriqorçuk (14 Mart 2017 22:22)
"Mən fəxr edirəm ki..." - Roman Qriqorçuk (04 Mart 2017 23:07)
Roman Qriqorçuk: "Mən fəxr edirəm ki..." - MÜSAHİBƏ (04 Mart 2017 22:27)

Tarix: 21 Oktyabr 2016 09:42

"Bu nəticə bizim üçün təəccüblü olmadı".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə "Sent-Etyen"lə qarşılaşan "qırmızı-qaralar"ın ukraynalı çalışdırıcısı minimal hesablı məğlubiyyəti dəyərləndirib: "Rəqibin bizdən güclü olduğu görünürdü. Çoxlu qol imkanları oldu. Təbii ki, məğlubiyyəti heç kim istəməz, ancaq faciə olduğunu demək olmaz".
 
Almaniyadan gələn ukraynalı jurnalistin 3 il əvvəl "Çernomorets"in "Lion"la oyununu xatırlatması və bu iki matç haqqında oxşarlıq olub-olmaması barəsində sualını isə təcrübəli mütəxəssis belə cavablandırıb: "Düşünmürəm ki, bu iki oyun arasında oxşarlıqlar var. O zaman biz tamam fərqli statusda idik. Qrupdan da çıxmışdıq. Ancaq indiki komandamda hədəflərimiz tamam fərqlidir. Biz daha çox təcrübə qazanmaq üçün oynayırıq. Bilirik ki, qrupumuzdakı hər üç komanda bizdən daha güclüdür. Belə komandalara qarşı oynayaraq, öyrənmək istəyirik. Ümid edirəm ki, biz gələcəkdə daha yaxşı çıxış edəcəyik".

Milli.Az


Teqlər:  Roman Qriqorçuk Nəticə təəccüblü olmadı



RƏYLƏR


Top xəbərlər