Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hüseyn Bağırov Tovuzda vətəndaşları qəbul edəcək

Hüseyn Bağırov Tovuzda vətəndaşları qəbul edəcək

Date: 21 October 2016 09:47

Bakı. 21 oktyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
Qəbul oktyabrın 27-si saat 10:00-da Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlaya, həmçinin Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (Tovuz şəhəri, Rövşən Məmmədov küçəsi 1) müraciət etmələri (əlaqə telefonları: 022-315-33-73, 050-633-99-45, 050-413-30-15) müraciət edə bilərlər. 

Tags:  Hüseyn Bağırov Tovuzda vətəndaşları qəbul edəcək


RƏYLƏR


Top news