Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Samsung" telefonlarına QADAĞA

“Samsung" telefonlarına QADAĞA

Date: 21 October 2016 10:08

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) reyslərində “Samsung Galax Note 7” smartfonlarının əl yükündə və qeydiyyatdan keçən baqajda daşınması qadağan olunur. Bu qərar ABŞ-ın aviasiya hakimiyyəti, eləcə də bütün dünya üzrə digər sərnişin aviadaşıyıcıları tərəfindən analoji qadağadan sonra qəbul edilib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əl yükündə smartfon aşkarlandığı halda telefon sahibi smartfonu yola salan tanışlarından birinə verməyənədək sərnişinin təyyarəyə minməsindən imtina edilə bilər, çünki aviaşirkət hava limanında saxlama xidmətləri vermir.

Əgər smartfon təyyarənin salonuna bilmədən keçirilibsə, onu dərhal söndürmək və uçuşun başa çatmasınadək söndürülmüş vəziyyətdə saxlamaq lazımdır. Əgər həmin smartfon baqajda aşkar olunarsa, o reysə yüklənməyəcək və sərnişinin tələb etməsinədək hava limanında itirilmiş baqaj bürosuna (Lost & Found) göndəriləcək.

Biz başa düşürük ki, təyyarənin göyərtəsində bu telefonun istifadəsinə qadağa sərnişinlərin bəzilərində narahatlıq yarada bilər, lakin "Azərbaycan Hava Yolları" üçün prioritet ilk növbədə göyərtədə təhlükəsizliyin təmin edilməsidir.


Tags:  Samsung telefonlarına QADAĞA


RƏYLƏR


Top news