Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bakı Metropoliteni" avtobus alır

"Bakı Metropoliteni" avtobus alır

Date: 21 October 2016 10:12

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC oturacaqlarının sayı 26-30 olan avtobusun satın alınmasına dair açıq tender keçirir.
"Report"un "Respublika" qəzetinə istinadən verdiyi xəbərə görə, 1 lot üzrə keçirilən müsabiqədə iştirak haqqı 200 manat təşkil edir.
İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24 noyabr saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə 6 dekabr saat 15:00-dək Bakı şəhəri, Mikayıl Rəfili küçəsi,20 ünvanına təqdim etməlidirlər.
İddiaçıların təklifləri 7 dekabr saat 15:00-da həmib ünvanda açılacaq. Tədbirdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tags:  Bakı Metropoliteni avtobus alır

RƏYLƏR


Top news