Hillari Klinton debatlarda gizli məlumatın üstünü açmaqda şübhəli bilinir

Hillari Klinton debatlarda gizli məlumatın üstünü açmaqda şübhəli bilinir
10:17 21 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton seçkilər ərəfəsindəki son debatlar zamanı ölkədə nüvə silahından istifadə qaydaları barədə gizli məlumatları yaymış ola bilər.
"Report" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Çıxışı zamanı H.Klinton nüvə silahından istifadə ilə bağlı əmrdən onun buraxılmasına qədər təxminən dörd dəqiqə vaxt lazım olduğunu bildirib.
Telekanalın müraciət etdiyi tənqidçilər, o cümlədən keçmiş əməliyyatçılar və kəşfiyyatçılar belə informasiyanın məxfi xarakterli olduğunu qeyd edib. Keçmiş kəşfiyyatçılar və hərbi rəsmilər H.Klintonun sözlərinin təhlükəsizlik normalarının pozulması kimi də qiymətləndirilə biləcəyini vurğulayıb.
Qeyd edək ki, H.Klinton və onun rəqibi, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp arasında seçkiqabağı son debatlar oktyabrın 19-da Las-Veqasda keçirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/hillari-klinton-debatlarda-gizli-melumatin-ustunu-acmaqda-subheli-bilinir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR