Azərbaycanlı hakimlərin idarə etdiyi Avropa Liqası matçını Əhməd Davudoğlu da izləyib

Azərbaycanlı hakimlərin idarə etdiyi Avropa Liqası matçını Əhməd Davudoğlu da izləyib
10:22 21 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Türkiyədə "Konyaspor"la Portuqaliya "Braqa"sı arasında keçirilmiş matçı idarə edib. 
"Report"un məlumatına görə, Konya Böyükşəhər Bələdiyyəsinin stadionundakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 9-cu dəqiqədə meydan sahiblərindən Deni Miloşeviç açıb. 55-ci dəqiqədə isə Ahmed Hassan bərabərlik qolunu vurub. Ağayev 3 futbolçuya sarı vərəqə göstərib. O, "Konyaspor"dan 57-ci dəqiqədə Alban Mehanı, 59-cu dəqiqədə Ali Turanı, "Braqa"dan isə 81-ci dəqiqədə Rui Fonteni cəzalandırıb.
Görüşü 140 jurnalistdən əlavə, keçmiş baş nazir, Ədalət və İnkişaf Partiyasının Konya millət vəkili Əhməd Davudoğlu da izləyib. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycanli-hakimlerin-idare-etdiyi-avropa-liqasi-matcini-ehmed-davudoglu-da-izleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR