Bu gün futbol üzrə DÇ-2018-in talismanı məlum olacaq

Bu gün futbol üzrə DÇ-2018-in talismanı məlum olacaq
10:27 21 Oktyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə dünya çempionatı - 2018-in talismanı cümə günü Rusiyanın Birinci kanalında yayımlanan "Veçerniy Urqant" verilişində elan olunacaq.

Milli.Az Report-a istinadən xəbər verir ki, o, canavar, pişik və pələng personajları arasından ümumxalq səsverməsi yolu ilə seçilib.

Səsvermə sentyabrın 23-dən FİFA-nın rəsmi saytında və təşkilatın sosial şəbəkələrdəki səhifələrində start götürüb və Bakı vaxtı ilə cümə axşamı 21:18-də başa çatıb. Bu gün bütün arzu edənlər Birinci kanalın saytında səsverməni davam etdirə bilərlər. "Veçerniy Urqant" verilişi Bakı vaxtı ilə 00:30-da efirə gedəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR