Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda 19 yaşlı qız 9-cu mərtəbədən yıxıldı

Bakıda 19 yaşlı qız 9-cu mərtəbədən yıxıldı

Date: 21 October 2016 10:32

Bakıda qadın bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 20-də gecə saatlarında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini - 1997-ci il təvəllüdlü Əsgərova Sərfinaz Salman qızı yaşadığı 9 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzilin pəncərəsindən paltar asmaq istəyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Tags:  Bakıda 19 yaşlı qız 9-cu mərtəbədən yıxıldı

RƏYLƏR


Top news