"Qarabağ" qalib gəldi, Kipri qabaqladıq

"Qarabağ" qalib gəldi, Kipri qabaqladıq
10:37 21 Oktyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ”ın Yunanıstan PAOK-u üzərində qazandığı qələbə (2:0) ölkəmizin UEFA reytinqinə də müsbət təsir göstərib. Fanat.Az xəbər verir ki, bu zəfər hesabımızın 0.500 xal zənginləşməsinə səbəb olub.


Bununla da əmsallarının cəmini 17.250-yə çatdıran Azərbaycan 1 pillə irəliləyərək Kipri qabaqlayıb. Hazırda 25-ci yerdə olan ölkəmiz adalıları 0.200 xal qabaqlayır. Bizdən 1 addım öndə olan İsrailin isə aktivindəki xalların cəmi 17.875-ə bərabərdi.




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-qalib-gldi-kipri-qabaqladq-t53504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR