Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qəbələ” üzərində üstünlüyə malik idik" - “Sent-Etyen”in baş məşqçisi

“Qəbələ” üzərində üstünlüyə malik idik" -  “Sent-Etyen”in baş məşqçisi

Date: 21 October 2016 10:47


“Sent-Etyen”nin baş məşqçisi Kristof Qaltye Avropa Liqasının III turu çərçivəsində “Qəbələ” üzərində qazandıqları qələbəni şərh edib. Fanat.Az xəbər verir ki, təmsilçimizin avtoqlla (0:1) uduzduğu matç barədə fransalı mütəxəssis bunları söyləyib: 


“Qələbədən razıyam, lakin istərdim ki, çoxsaylı hücumlarımızdan birini qola çevirərək qalib gələrdik. Hücumlarıın məntiqi sonluğunu gətirə bilmədik. Buna rəğmən, önəmli olan bu gün qalib gəlməyimiz idi. Son oyunlarla müqayisədə bu gün daha çox qol vurmaq imkanımız vardı. “Qəbələ” üzərində üstünlüyə malik idik.  Düşünürəm ki, pley-offa vəsiqə uğrunda mübarizə hesabında 5 xal olan 3 komanda arasında olacaq.


Qeyd edək ki, “Qəbələ”nin yer aldığı C qrupunda  "Maynts", "Sent-Etyen" və "Anderlext"in 5 xalı var. Təmsilçimiz isə sıfır xalla son pillədədir.


Fanat.Az


Tags:  Qəbələ üzərində üstünlüyə malik idik Sent-Etyenin baş məşqçisi

RƏYLƏR


Top news