İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin silahlı birləşmələri olan "peşmərgə"lər Mosul şəhərinin daxilində gedəcək döyüşlərə qatılmaq niyyətində deyillər. Lakin İraq ordusu şəhərdəki İŞİD-in öhdəsindən gələ bilməsə, kürdlər döyüşlərə qatılacaqlar.
Kürdüstan Muxtariyyətinin prezidenti Məsud Bərzani belə deyib.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, kürdlərin belə mövqe tutmalarının səbəbi onların iraqlı şiələrin hərbi birləşmələrinin Mosula girmələrinə imkan verməməkdir.
Əks təqdirdə kürdlər də şəhərə daxil olacaqlar.
Milli.Az