Prezidentin “ölən” qızı ortaya çıxdı - FOTOLAR

Prezidentin “ölən” qızı ortaya çıxdı - FOTOLAR
11:13 21 Oktyabr 2016
208 Dünya
Ölkə mətbuatı
A- A+

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ortaya çıxıb.

Publika.az
xarici mediaya istinadən xəbər verir ki, Kərimova oktyabrın 19-da saat 12:45-də özünün “Twitter”dəki hesabını aktivləşdirib.

O, “Twitter”ə qayıdışından bir neçə gün sonra fotolar paylaşmağa başlayıb. Bu fotolardan biri onun Rakatboşi keçəsindəki yeni evinin fotosudur.

“Kərimovun uşaqları” (keçmiş adı “Kərimovun sağlamlığı”) “Twitter” qrupu da yeni profilin Gülnarə Kərimovaya aid olduğunu təsdiqləyib.

G. Kərimova öz hesabında valideynləri barədə bir neçə söz yazıb. Həmçinin, o, özbək milyarder Əlişir Usmanova söz atıb.

Qeyd edək ki, G. Kərimova 2013-cü ildə atası tərəfindən “vurulub”. Onun uzun müddət Londonda ev dustaqlığında qaldığı deyilirdi. Atasının dəfninə gəlməməsi isə Gülnarənin öldüyü xəbərini gündəmə gətirdi. Daha sonra onun dəlixanaya düşdüyü haqda da informasiyalar yayılmışdı. Görünür, Kərimovun qızı qisas almaq üçün qayıdıb.

Asif






Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR