Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Noyabrın 1-dən icbari avtosığorta məhsulları onlayn rejimdə satılacaq

Noyabrın 1-dən icbari avtosığorta məhsulları onlayn rejimdə satılacaq

Date: 21 October 2016 11:16

Azərbaycan İcbari Sığorta Bürosu (İSB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart və sərhəd sığorta müqavilələrinin elektron sənəd formasında bağlanılması ilə əlaqədar olaraq hazırlıq işlərini başa çatdırıb.

Oxu.az Report.az-a istinadən xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında İSB-nin icraçı direktoru Elxan Quliyev bildirib.

Onun sözlərinə görə, bu məqsədlə avqust ayından Büronun üzvü olan sığorta şirkətlərinə lazımi veb-servislər təqdim olunub, informasiya sisteminin proqram təminatına dəyişiklik edilib. Noyabrın 1-dən sistem icbari avtosığorta məhsullarının onlayn rejimdə satılmasına imkan verəcək.

Bununla belə, E.Quliyev qeyd edib ki, noyabrın 1-nə qədər satılmış kağız daşıyıcılarında olan sığorta məhsulları müqavilə müddətinin sonuna qədər qüvvədə olacaq və onların əvəz edilməsinə ehtiyac yoxdur.


Tags:  Avtosigorta mehsullari Onlayn rejim İcbari sigorta

RƏYLƏR


Top news