Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı hakimlərin idarə etdiyi matçı Əhməd Davudoğlu da izləyib

Azərbaycanlı hakimlərin idarə etdiyi matçı Əhməd Davudoğlu da izləyib

Date: 21 October 2016 11:17

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Türkiyədə "Konyaspor"la Portuqaliya "Braqa"sı arasında keçirilmiş matçı idarə edib. 

Milli.Az Report-a istinadən xəbər verir ki, Konya Böyükşəhər Bələdiyyəsinin stadionundakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 9-cu dəqiqədə meydan sahiblərindən Deni Miloşeviç açıb. 55-ci dəqiqədə isə Ahmed Hassan bərabərlik qolunu vurub. Ağayev 3 futbolçuya sarı vərəqə göstərib. O, "Konyaspor"dan 57-ci dəqiqədə Alban Mehanı, 59-cu dəqiqədə Ali Turanı, "Braqa"dan isə 81-ci dəqiqədə Rui Fonteni cəzalandırıb.

Görüşü 140 jurnalistdən əlavə, keçmiş baş nazir, Ədalət və İnkişaf Partiyasının Konya millət vəkili Əhməd Davudoğlu da izləyib. 

Milli.Az


Tags:  Azərbaycanlı hakimlərin idarə etdiyi matçı Əhməd Davudoğlu izləyib

RƏYLƏR


Top news