Bakı Ali Neft Məktəbi İtaliyanın Maire Technimont şirkəti ilə əməkdaşlıq edəcək

Bakı Ali Neft Məktəbi İtaliyanın Maire Technimont şirkəti ilə əməkdaşlıq edəcək
11:32 21 Oktyabr 2016
13 Ölkə
Ölkə mətbuatı
A- A+

İtaliyanın Mədəni İrs, Mədəniyyət Fəaliyyəti və Turizm Nazirliyinin katib müavini Azərbaycana səfər edəcək (25 Aprel 2017 11:42)
Meksikada iri neft ehtiyatları aşkarlanıb (24 Mart 2017 08:42)
Meksikada iri neft ehtiyatları aşkarlandı (24 Mart 2017 08:14)

Bakı Ali Neft Məktəbində BANM və İtaliyanın Maire Technimont Qrupu ilə əməkdaşlıq haqqında razılaşma imzalandı. Tədbirdə Maire Tecnimont Qrup Şirkətinin birinci vitse-prezidenti Gianni Bardazzi, Maire Technimont Qrupunun podratçısı Kinetics Technology şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern, o cümlədən şirkətin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları, İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo, BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edirdilər.

Milli.Az xəbər verir ki, BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq Ali Məktəblə sözügedən şirkət arasında əldə olunan razılaşmanın BANM-də yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsi məqsədi daşıdığını bildirdi. O dedi ki, bu əməkdaşlıq sayəsində BANM-in tələbələri şirkətin təşkil etdiyi təcrübə proqramlarında iştirak imkanı qazanacaqlar. Eyni zamanda, Elmar Qasımov şirkətin dəstəyi ilə BANM-in kampusunda ixtisaslaşdırılmış tədris laboratoriyasının yaradılmasının da nəzərdə tutulduğunu vurğuladı.

Maire Technimont Qrup Şirkətinin birinci vitse-prezidenti Gianni Bardazzi və Maire Technimont Qrupun podratçısı Kinetics Technology şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern təmsil etdikləri şirkət haqqında geniş təqdimatla çıxış etdilər və şirkətin müvafiq sahələrdə BANM-lə əməkdaşıq imkanlarından söz açdılar.

Sonra tərəflər arasında əməkdaşlıq haqqında razılaşma imzalandı.

Qeyd edək ki, İtaliyanın "Maire Technimont S.p.A" (Mare Teknimont) şirkətlər qrupu mühəndislik, tikinti, texnologiyalar, lisenziyalaşdırma, energetika və karbohidrogenlər sahəsində ixtisaslaşmış aparıcı şirkətlərdəndir. Milan Fond Birjasında yer alan bu şirkət 30-dan artıq ölkədə nümayəndəliyə malikdir, 45-dən artıq şirkətə nəzarət edir, ştatı isə təxminən 4900 nəfərdən ibarətdir. Şirkət həmçinin müştərilərini müxtəlif növlü zavodların tikintisi üçün xüsusi texnologiyalarla təmin edir. Maire Technimont Qrupu beynəlxalq müştərilərinə neft-qaz, neft-kimya və gübrə sənayeləri üçün mühəndislik və tikinti üzrə kompleks xidmətlər təklif edir.

5 fevral 2016-cı il tarixində SOCAR beynəlxalq seçmə müsabiqəsi nəticəsində "Maire Technimont" şirkəti ilə Yüksək Sıxlıqlı Polietilen zavodu layihəsinin həyata keçirilməsi çərçivəsində mühəndislik, təchizat və tikinti üzrə müqavilə imzalanıb. Şirkətlər Qrupu Azərbaycanda KT - KINETICS TECHNOLOGY (Kinetiks Teknoloci) şirkəti vasitəsi ilə fəaliyyət göstərir. Bu şirkət mühəndislik, təchizat və tikinti xidmətləri göstərir və əsasən karbohidrogenlərin emalı sənayesi üzrə ixtisaslaşmışdır. Əsasən kükürd emalı, qaz, hidrogen və sintetik qazların emalı, texnoloji qurğular, qızdırıcılar sahəsində təcrübəyə malikdir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Tanınmış prodüser dünyasını dəyişdi

29 Aprel 2017 13:27

Azərbaycanlı şairə oğlu ilə Qubada istrahətdə - FOTO

29 Aprel 2017 13:22

Rusiya Bəşər Əsəddən imtina etdi - Kreml "Ağ ev"lə razılığa gəldi

29 Aprel 2017 13:22

Ramil Şeydayevin "Jilina"da növbəti qolu - VİDEO

29 Aprel 2017 13:17

"Sevgilim deyil, anamdır" - Pərt oldu - VİDEO - FOTO

29 Aprel 2017 13:12

“Şimali Koreyaya hücuma hazırıq” – ABŞ Çinə mesaj verdi, qarşıdurma başlandı

29 Aprel 2017 13:08

Torpağa yumurta əkin, möcüzəyə inanmayacaqsınız...

29 Aprel 2017 13:08

Elçin Quliyev və Aydın Əliyev Hava Limanını yoxladılar

29 Aprel 2017 13:05

Məhəbbət dördbucağı: Bir-birini sevən qızlar tutuldular - FOTO

29 Aprel 2017 13:05

Türkiyə Hərbi Hava qüvvələri İraq və Suriyanın şimalında 89 terrorçunu məhv edib

29 Aprel 2017 13:02

Bakıda polis kompleks tədbirlərə başladı

29 Aprel 2017 12:58

Nardaranda polisin növbəti əməliyyatı: silah-sursat aşkar edildi

29 Aprel 2017 12:57

Həftəsonunun maraqlı matçlarını yayımlayacaq kanallar

29 Aprel 2017 12:57

Azərbaycan taekvondoçusu Afinada qızıl medal qazanıb

29 Aprel 2017 12:57

Fanatı müğənnini bu sözləri ilə ağlatdı

29 Aprel 2017 12:56

Son 7 ildə məzunların sayı 11% azalıb

29 Aprel 2017 12:53

Aktyor həbs olundu, serialın çəkilişləri dayandı - FOTO

29 Aprel 2017 12:52

İstirahət gününün HAVAsı

29 Aprel 2017 12:52

"Kimin artıq arvadı varsa, qardaşına versin" - Mingəçevir axundu - VİDEO

29 Aprel 2017 12:52

İstirahət gününün hava proqnozu

29 Aprel 2017 12:50

Mərkəzi Bankın qısamüddətli notları qeydiyyata alınıb

29 Aprel 2017 12:50

Nazir müavini: Sahibkarlar ətraf mühitə vurulan ziyana görə təzminat ödəmək istəmir

29 Aprel 2017 12:50

Bazar günü hava necə olacaq? - PROQNOZ

29 Aprel 2017 12:49

Azərbaycana idxal bu il 490 mln. dollar azalıb

29 Aprel 2017 12:47

İstirahət gününün hava proqnozu açıqlandı

29 Aprel 2017 12:47

Bakı polisi bir günə bunları etdi - QORXUNC STATİSTİKA

29 Aprel 2017 12:44

ABŞ-ın MƏXFİ SURİYA PLANI: ölkə parçalanır, Türkiyə və Rusiya... - XƏRİTƏ

29 Aprel 2017 12:43

Şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

29 Aprel 2017 12:43

Bakıda avtomatlı şəxs saxlanıldı

29 Aprel 2017 12:42

Bazar gününə olan hava proqnozu açıqlanıb

29 Aprel 2017 12:42

Azərbaycanın etiraz notası: "Ukrayna Azərbaycana əngəl törədir"

29 Aprel 2017 12:42

Dünyanın ən soyuq kəndinə səyahət

29 Aprel 2017 12:42

Bakıda xüsusi təhlükəsizlik tədbirləri keçirilib, 11 nəfər tutulub, axtarışda olan 30 nəfərin yeri müəyyənləşdirilib

29 Aprel 2017 12:37

Ağsu çayında kişi meyiti tapıldı

29 Aprel 2017 12:37

Müşavir: Bakı Şopinq Festivalı Bakını tanınmış ticarət məkanı kimi məşhurlaşdıra bilər

29 Aprel 2017 12:35

Nardaranda silah-sursat tapılıb

29 Aprel 2017 12:35

“McAfee” antivirusunun yaradıcısı dünyanın ən təhlükəsiz smartfonunu təqdim edəcək

29 Aprel 2017 12:35

Myanmada avtobus dərəyə aşıb - 19 ölü

29 Aprel 2017 12:34

DSX və Gömrük Komitəsinin rəhbərləri Hava Limanında İslam Oyunları ilə bağlı yoxlama apardı

29 Aprel 2017 12:34

Keçmiş məhkum avtomatla saxlanılıb

29 Aprel 2017 12:34

Bakıda istirahət mərkəzinin qarşısında 49 yaşlı kişini maşın vurub öldürdü

29 Aprel 2017 12:34

BŞBPİ: Müxtəlif cinayətlər törədən 11 nəfər tutulub

29 Aprel 2017 12:34

Avtobus dərəyə aşdı: 19 ölü - Myanmada

29 Aprel 2017 12:32

Rövşən Lənkəranskinin məzarı başında tikinti gedir - FOTO

29 Aprel 2017 12:32

Gecələri gec yatanlara həkimlərdən XƏBƏRDARLIQ!

29 Aprel 2017 12:31

Keçmiş məmur: "MTN-də İlqar Əliyev mənə oğlumun maşınından silah, narkotik çıxa biləcəyini dedi"

29 Aprel 2017 12:27

Ana kədərinin nə olduğunu bilirsiniz? - FOTO

29 Aprel 2017 12:27

Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmətin təşkili yoxlanılıb

29 Aprel 2017 12:24

İngilislər öz pullarına hörmətsizlik etdilər

29 Aprel 2017 12:23

Azərbaycan neftinin qiyməti 1% artıb

29 Aprel 2017 12:22