"Həmin epizodu qaçırması bizi çox hirsləndirdi"

"Həmin epizodu qaçırması bizi çox hirsləndirdi"
11:37 21 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsi çərçivəsində üçüncü oyununa çıxan "Qarabağ" ilk qələbəsini qazandı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Respublika stadionunda Yunanıstanın PAOK klubunu 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl qarşılaşmadan sonra sualları cavablandırıb.

- Qələbədən sonra matçı şərh etmək çətin olmamalıdır...
- "Qarabağ" çox gözəl çıxış etdi. Əks-hücumlar qurduq, rəqibə özünü bir anlıq olsun belə rahat hiss etməsinə imkan vermədik. Üzərimizə gələ bilmədilər. Bu oyunu biz haqq etmişdik, qələbəyə layiq idik, bunu da əldə etdik.
 
- Qolların fasilədən sonra vurulması həyəcan yaratmadı?
- Uşaqlar çox çalışdılar, epizodlar da yaratdılar. Matçın əvvəlində bir epizod oldu, Muarem Muarem qol vurmalı idi.
 
- Həmin epizodda hansı hissləri keçirdiniz?
- Onun həmin epizodu qaçırması bizi çox hirsləndirdi. PAOK zəif rəqib deyil, bu gün Avropa Liqasında mübarizə aparan iddialı komandalardandır. Sonradan qolların ard-arda gəlməsi bizi xeyli rahatlaşdırdı.
 
- Reynaldo və Miçelin yoxluğu, Rəşadın isə meydana zədəli çıxması sizdə bir narahatlıq yaratmışdımı?
- Əlbəttə, stress var idi. Ancaq Rəşad müdafiədə canla-başla sona qədər mübarizə apardı, zədəli olduğunu hiss etdirmədi. Üstünlüyümüzü sona qədər qoruya bildik.
 
- 2 həftədən sonra PAOK-la yenə, amma bu dəfə səfərdə qarşılaşacaqsınız. Yunanıstandan xalla dönmək üçün əlavə nə etmək lazımdır?
- Artıq rəqibimizin oyunu ilə tanış olmuşuq. Klub prezidenti Abdulbarı bəyin də dediyi kimi, səfərə əmin gedirəm. Burada bacardıqsa, rəqib meydanında da bunu edəcəyimizə inanırıq.
 
- Püşkdən sonra hər kəs "Qarabağ"ın bu qrupdan çıxmağa bir növ borclu olduğunu düşünürdü. Amma ilk iki oyun bir qədər ümidləri azaltdı...
- Məncə, böyük şansımız var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR