Mosulun məsulu kimdir? Savaş yeni savaş vəd edir

Mosulun məsulu kimdir?  Savaş yeni savaş vəd edir
11:37 21 Oktyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bu kənddə kişilər lüt gəzir, atalarının cəsədini... FOTO/VİDEO (18 İyun 2017 18:23)
Azərbaycanlı aktrisanın qızının toyunda vur-çatlasın: "Bəylə gəlinin romantik rəqsi" - FOTO (17 İyun 2017 17:42)
Azərbaycanlı aktrisanın qızı özündən 15 yaş böyük olan məşhur türk rejissora ərə gedir - FOTO (16 İyun 2017 10:23)

Mosul uğrunda savaş İŞİD-ə qarşı ən böyük və ən mürəkkəb əməliyyatdır. İŞİD terrorçuları şəhərdə səngərlər qazır, uzunmüddətli müdafiə məkanları hazırlayır, barrikadalar ucaldır, müqavimət qovşaqlarına aparan yolların hamısını minalayırlar.

Bütün bu problemlərə rəğmən İraq və ABŞ hərbçiləri hesab edirlər ki, Mosul əməliyyatında artıq ilkin uğurlar var. İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin "peşmərgə" birlikləri və iraqlı hərbçilər ilkin hədəflərə çatdıqları deyirlər.

Bu, çox nikbin bəyanatlardır, çünki Mosul əməliyyatı əslində İraqda bir-birlərinə düşmən kəsilmiş qüvvələrin ümumi düşmənə qarşı müvəqqəti ittifaqı sayıla bilər.

Mosul əməliyyatının uğurla başa çatmasının İraqdakı dinc nizamlanma prosesində əhəmiyyətli mərhələ olacağı vurğulanır.

Gerçəklik isə odur ki, Mosul əməliyyatı İraqdakı vətəndaş savaşının yeni, daha qorxulu formatına dönə bilər.

İŞİD-in Mosulu sonadək müdafiə edəcəyi və ya tam əksinə, böyük itkilər verməmək üçün şəhəri tərk edərək Suriyaya, yaxud da İraqın ucqarlarına çəkiləcəyi, "effektiv mübarizə" üçün bu yolu seçib-seçməyəcəyi bəlli deyil. Mosulu İraqda son "qala"ya döndərmə əvəzinə İŞİD rəhbərliyi bu şəhərdəki terrorçu dəstələri Suriyaya çıxara bilər. Və ya, çox yəqin ki, Mosulu tərk edəcək İŞİD-çilər bu şəhərlə Ənbar arasındakı Haseera səhrasına səpələnəcəklər.

İŞİD rəhbərliyi anlayır ki, Mosula hücum dinc əhali arasında çoxsaylı itkilərlə yanaşı, terror təşkilatının nüfuzuna ağır zərbə olacaq. Terrorçuların Suriyaya keçidi isə Suriya prezidenti üçün çox ciddi problemlər yaradacaq.

Və ən nəhayət, İŞİD terrorçularının Haseera səhrasına səpələnməsi İraqda vəziyyətin hələ uzun zaman gərgin qalması deməkdir.

Mosul əməliyyatının uğurla başa çatdırılması, qələbənin əldə olunması üçün sürət əsas amildir. Məhz əməliyyatın sürəti hadisələrin sonrakı inkişaf məcrasına ən ciddi təsir edəcək. Mosula hücum uzunmüddətli və yorucu savaşlara dönərək hər iki tərəfin ağır itkilər verdiyi prosesə çevrilərsə, şübhə yoxdur ki, kürd "peşmərgə"lər və iraqlı şiələrin hərbi birləşmələri Mosuldakı situasiyadan maksimum istifadə etməyə çalışacaqlar.

Məhz bu səbəbdən İraqın baş naziri Heydər əl Abadi Mosul əməliyyatından əvvəl tərəddüddə idi. Əməliyyatın ilk günündə isə o bəyan etdi ki, İraq ordusu və dövlət polisi Mosula girəcək yeganə qüvvələr olacaq. Daha sonra deyildi ki, kürd "peşmərgə"lər yalnız şəhərin kürdlər yaşayan məhəllələrinə girəcək, İranın dəstəklədiyi şiə birlikləri isə məhdud arealda fəaliyyət göstərəcəklər.

İraqlı şiələr ön cəbhə üçün silah, hərbi texnika və s.-nin daşınmasının təhlükəsizliyini də təmin etməlidirlər.

İraqlı şiələr sakinlərinin tam əksəriyyəti sünnilər olan Mosula girsələr, qarşıdurma yaranacaq və toqquşmalar ildırım sürətilə bütün İraqa yayılacaq.

Digər məqam isə Türkiyənin Mosul yaxınlığındakı bazasındakı hərbçiləri ilə bağlı Ankara və Bağdad arasındakı münasibətlərin gərilməsidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tam haqlı olaraq Mosulun gələcək taleyinin müəyyənləşdirilməsində Ankaranın fəal iştirakını tələb edir.

Nədən ki, kürd "peşmərgə"lər Mosul əməliyyatına qatılmaqla İraqdakı Kürdüstan Muxtariyyətinin ərazilərini genişləndirmək istəyirsə, iraqlı şiələr Mosulu tam kontrolda tutmaq fikrindədirlər.

Bağdadla kürdlər arasındakı münasibətlər, daha doğrusu, münasibətsizlik maksimum gərginlik həddinə çatıb. Məsud Bərzaninin prezident olduğu Kürdüstan Muxtariyyəti Mosul əməliyyatında Bağdadla əməkdaşlıq etsə də, bu iki tərəf arasında amansız qarşıdurma istisna deyil.

İraqlı kürdlərin dediklərinə görə, onların Kürdüstan Muxtariyyətini müstəqil dövlət elan etməmələrinin yeganə səbəbi "başlarının İŞİD-lə mübarizəyə qarışmasıdır". Kürdlərlə Bağdad arasında Kərkük, Hurmatu, Altınköprü və s. şəhərlərlə bağlı münaqişə var.

Bağdad bu şəhərlərin İraq ərazisi olduğunu, kürdlər isə "Kürdüstan Muxtariyyətinin yaşayış məntəqələri" olduğunu israrla təkrarlayırlar.

Mosula hücumdan sonra Kürdüstan Muxtariyyətinin lideri Məsud Bərzani, çox yəqin ki, Bağdadla yeni münasibətlər qurmağa çalışacaq. Bu isə kürdlərin müstəqillik elanı, yaxud da Kürdüstan Muxtariyyətinin İraqla konfederasiya yaratmaq istəyinin izharı ilə nəticələnə bilər.

Bağdadla Ərbil arasındakı münaqişə onların hər ikisini iraqlı sünnilərdən dəstək almağa vadar edir.

Mosul azad olunandan sonra şəhərin taleyi də bəlli deyil. İraq rəhbərliyi bəyan edir ki, Nofəl Sultan əl Yəqub Mosulun qubernatoru olmalı, Naynava vilayətini isə İraqın mərkəzi hakimiyyətinin təyin edəcəyi şura idarə etməlidir. Naynava sakinləri bu varianta etiraz edirlər.

Məsud Bərzani isə deyir ki, Mosuldakı və Naynava vilayətindəki kürdlər "Kürdüstan Muxtariyyətinə birləşmək niyyətindədirlər". Bununla belə o, yerli kürdlər üçün Naynava vilayətində muxtariyyət yaradılmasını da istisna etmir.

Son problem Mosul sakinləri ilə bağlıdır. Çünki Mosul əməliyyatı başlanan ilk gündən şəhərdən köç başlanıb, minlərlə mosullu döyüş məkanlarını tərk edir.

Əməliyyat başa çatandan sonra onların geri qayıtmaları müşkül məsələdir.

İraqda İŞİD-dən azad edilmiş digər şəhərlərdə belə olmuşdu: qaçqın düşmüş yerli sakinlər sonradan geri qayıtmaq istəməyiblər.

... İraqdakı qanlı vətəndaş savaşının və xaosun səbəbi kürdlər, şiə və sünni ərəblər, türkmənlər arasında olan sərt qarşıdurmalardır. Rəsmi Bağdad bu problemləri həll edə bilməsə, İŞİD-ə qalib gəlmək və ya İŞİD-in "klon"larının yaranmasının qarşısını almaq mümkün olmayacaq.

Unutmayaq ki, İŞİD-in özü 2009-cu ildə darmadağın edilmiş "İraqda Əl Qaida" terror qruplaşmasının bazasında yaranıb və bu da İraqın sabiq baş naziri Nuri əl Malikinin dönəmində baş vermişdi.

ABŞ prezidenti Barak Obama Mosul əməliyyatının mümkün qədər tez başa çatmasını istəyir. Daha doğrusu, amerikalılar şəhəri noyabrın 8-dək, Birləşmiş Ştatlarda prezident seçkilərinədək azad etmək, bununla da Demokrat Partiyasından olan namizəd Hillari Klintonun mövqelərini möhkəmlətmək istəyirlər.

Di gəl, amerikılaların tələsik davranışları İraqdakı hakimiyyət kollapsı ilə bağlı fundamental problemləri daha da ağırlaşdırır.

Orxan Hun
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sosial evlər üçün müraciətlər artır: İlk müraciət ilk mənzil deməkdir?

23 İyun 2017 16:23

Bakıda Vərəm Dispanserdə qayınanasını öldürən şəxsin məhkəməsində həkim ifadə verib

23 İyun 2017 16:22

"Honda" Bakıya təkmilləşdirilmiş daxiliyanma mühərriki gətirdi

23 İyun 2017 16:22

Şəhərətrafı ərazilərə yeni avtobuslar veriləcək

23 İyun 2017 16:21

“Beşiktaş” Pepedən cavab gözləyir

23 İyun 2017 16:19

Bu ailələrə təzminat ödəndi

23 İyun 2017 16:19

Lenindən Qorbaçova qədər... - Sovet rəhbərləri bu avtomobillərdə GƏZİRDİ - FOTOLAR

23 İyun 2017 16:18

Əkrəm Həsənov: "KPMG"-nin audit apardığı banklar müflis olur"

23 İyun 2017 16:17

Bakıda "Formula- 1"lə əlaqədar banklar gücləndirilimiş rejimində işləyəcək

23 İyun 2017 16:17

Bu yayın ən bahalı 10 transferi - SİYAHI

23 İyun 2017 16:17

İlham Əliyev baş nazirin müavinini qəbul edib

23 İyun 2017 16:17

Deputatlarımız spikerin rəhbərliyi ilə Koreyaya gedir

23 İyun 2017 16:15

"Şort geymək nədir, camaatın anası, bacısı var" - SORĞU

23 İyun 2017 16:14

Ondan 12 kiloqram narkotik götürüldü

23 İyun 2017 16:14

Vatsapdan möhtəşəm YENİLİK

23 İyun 2017 16:13

"Şou-biznesimiz bir mafiyadır"

23 İyun 2017 16:11

Hindistan loukosteri Azərbaycana aviareys açmağı planlaşdırır

23 İyun 2017 16:08

Avtobus sürücülərinə sərt CƏZALAR - FOTOLAR

23 İyun 2017 16:08

Nikol Şerzinger Bakıda - FOTO

23 İyun 2017 16:05

İŞİD sosial şəbəkələri qadağan etdi

23 İyun 2017 16:05

Putin Ərdoğana zəng etdi

23 İyun 2017 16:03

İraqda partlayış törədilib, 9 nəfər ölüb, 11 nəfər yaralanıb

23 İyun 2017 16:02

Bakıda Ramazan bayramı ilə bağlı konsert olacaq

23 İyun 2017 16:01

Dostuna qarşı 20 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı

23 İyun 2017 16:01

Cavid Qurbanov AHİK-in medalı ilə təltif olunub

23 İyun 2017 16:01

AMEA alimlərin ev qalmaqalına aydınlıq gətirdi

23 İyun 2017 15:58

Muğam müsabiqəsində rüşvət qalmaqalı böyüdü

23 İyun 2017 15:58

Ross Braun: Formula 1 yarışlarının formatı dəyişdirilə bilər

23 İyun 2017 15:55

Azərbaycanlı müğənni: "Şou-biznes mafiyadır" - FOTOLAR

23 İyun 2017 15:54

Ana ölən oğlunu almaza çevirdi - FOTOLAR

23 İyun 2017 15:53

Fransa neft və qaz hasilatına icazə verilməsini dayandırmaq niyyətindədir

23 İyun 2017 15:52

İOC prezidenti Beynəlxalq Olimpiya günü münasibətilə Azərbaycana ismarıc göndərib

23 İyun 2017 15:52

Əkrəm Həsənov: "Deyirlər ki, "Bank Standard"ın əmlakı artıq satılıb"

23 İyun 2017 15:52

Qapını açanı QİÇS-ə yoluxdururlar?

23 İyun 2017 15:52

ABŞ-ın viza sistemində dəyişklik

23 İyun 2017 15:48

Sumqayıtda XÜSUSİ ƏMƏLİYYAT - 12 kq narkotik götürüldü

23 İyun 2017 15:44

Palata: Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı bir sıra banklar gücləndirilmiş iş rejimində çalışacaq

23 İyun 2017 15:43

Bakıda Formula 2 pilotlarının sıralama turu başlayıb

23 İyun 2017 15:43

Narkotik maddələrin alqı-satqısı və kultivasiyası ilə məşğul olan 3 nəfərə qarşı xüsusi əməliyyat keçirilib

23 İyun 2017 15:42

Yağlıbaş jurnalistlər

23 İyun 2017 15:42

Şimali Koreyada qadağan olunmuş

23 İyun 2017 15:40

Azərbaycanın icmal büdcəsinin gəlirləri 14% artırılır

23 İyun 2017 15:37

11 saylı avtobus sabahdan yeni sxem əsasında hərəkət edəcək

23 İyun 2017 15:36

Formula 1 pilotlarının sınaq yürüşü (FOTOSESSİYA)

23 İyun 2017 15:36

“Ağıllı” oyuncaq uşağın emosiyalarını müəyyənləşdirəcək

23 İyun 2017 15:35

Xalq artisti Adil Bağırovun 80 illik yubileyi keçiriləcək

23 İyun 2017 15:34

Arvadına xəyanət edən müğənni evdən qaçdı...

23 İyun 2017 15:33

Hüquqşünas Əkrəm Həsənov Baş Prokurorluğa çağırılıb

23 İyun 2017 15:32

Braziliya klubu "Barselona"dan FİFA-ya şikayət edəcək

23 İyun 2017 15:32

Sumqayıt sakinlərindən 12 kiloqrama yaxın narkotik maddə götürülüb (FOTO)

23 İyun 2017 15:29