Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

773 nəfər zəhərləndi, 1 nəfər öldü

773 nəfər zəhərləndi, 1 nəfər öldü

Date: 21 October 2016 11:48

Bu ilin 9 ayında Azərbaycanda 773 nəfər qidadan zəhərlənib, 1 nəfər isə dünyasını dəyişib.

Bu barədə Publika.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, bu müddətdə 520 qida zəhərlənməsi hadisəsi baş verib.

Hadisələrdən 29-u botulizmlə bağlı olub ki, onun da nəticəsində 34 nəfər zəhərlənib. Qida zəhərlənməsində 1 ölüm faktı qeydə alınıb.

Bu ilin sentyabr ayında isə 49 qida zəhərlənməsi olub, bunlardan 81 nəfər zərər çəkib. Sentyabrda 2 botulizm hadisəsi baş verib ki, bundan da 2 nəfər zəhərlənib.


Tags:  773 nəfər zəhərləndi nəfər öldü

RƏYLƏR


Top news