İcma rəhbəri: "Suriyadan gətirilib Dağlıq Qarabağda yerləşdirilən ermənilər imkan düşən kimi qaçırlar"

İcma rəhbəri: "Suriyadan gətirilib Dağlıq Qarabağda yerləşdirilən ermənilər imkan düşən kimi qaçırlar"
11:57 21 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Suriyadan gələn ermənilərin Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi ilə bağlı yeni məlumatları öyrənmək imkanımız elə də çox deyil".
"Report" xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistan hakimiyyəti və erməni lobbisi Suriyada yaşayan erməniləri aldadıb Dağlıq Qarabağa və işğal olunmuş digər bölgələrə gətirirlər: "Onlar da burada çox qalası deyillər. Çünki kapitalizmə uyğun şəraitdə yaşayan biri gəlib Ermənistanın əsirliyində yaşaya bilməz. Onların hamısı müstəqil yaşayıb və ərəb ölkəsində heç də kasıb olmayıblar. Onları aldadıb bura gətirərkən əllərindən sənədlərini alıb sərhəddə postda dayandırırlar. Ona görə də onların əlinə fürsət düşən kimi xarici ölkələrə qaçırlar". 

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/i-cma-rehberi-suriyadan-getirilib-dagliq-qarabagda-yerlesdirilen-ermeniler-imkan-dusun-kimi-qacirla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR