DİN nazirlik əməkdaşının evində baş verən partlayışla bağlı məlumat yayıb

DİN nazirlik əməkdaşının evində baş verən partlayışla bağlı məlumat yayıb
12:12 21 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonunda nazirlik əməkdaşının yaşadığı evdə baş verən partlayış hadisəsi ilə bağlı məlumat yayıb.
"Report"un xəbərinə görə, rəsmi məlumatda bildirilib ki, oktyabrın 20-də saat 06 radələrində Abşeron rayonunun Hökməli kəndində yaşayan Müşfiq Qurbanovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə evin yanar konstruksiyalar yanıb, xəsarət almış M.Qurbanov, arvadı Şəbrur, qızları Leyla və Banuçiçək xəstəxanaya yerləşdirilib, Banuçiçək orada ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, M.Qurbanov nazirliklərdən birində çalışır. Ş.Novruzova isə xəstəxanaların birində həkim-cərrah kimi fəaliyyət göstərib. Bununla yanaşı, o, Azərbaycan Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır.




Xəbərin orijinal ünvanı: http://report.az/hadise/di-n-nazirlik-emekdasinin-evinde-bas-veren-partlayisla-bagli-melumat-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR