Bu gün “Futbol+” qəzeti üçün əlamətdar gündür – 19 yaşı tamam olur. Azərbaycan mediasında özünəməxsus dəsti-xətti, mövqeyi olan bu nəşr, həm də bir məktəbdir. Bu gün ölkəmizdə idman mətbuatında çalışan şəxslərin bir çoxunun yolu məhz “Futbol+”dən keçib.
Fanat.Az olaraq, başda baş redaktor Mahir Rüstəmli olmaqla, qəzetin bütün kollektivini və “Futbol+”in bu səviyyəyə çatmasında əməyi olan hər kəsi təbrik edirik!
Ad günün mübarək, “Futbol+”!
Fanat.Az