Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məhdudlaşdırılan gözəllik (YAZI)

Məhdudlaşdırılan gözəllik (YAZI)

Date: 21 October 2016 12:30

Xəfif dalğalı bir dənizin üzərindən günəşin qürub etdiyi, romantik bir mənzərə təsəvvür edin. Gözəldir, elə deyilmi? Məncə həmin mənzərənin ən mükəmməl vəziyyəti onun insan gözlərində əks olunmuş halıdır. Heç bir mənzərə insan siması qədər gözəl və mükəmməl deyil...

Məhdudlaşdırılmış “gözəllik” və insan təbiəti

Cim Kerrinin çəkildiyi “Yalançı, yalançı” filmində ata ilə oğul arasında baş tutan maraqlı bir dialoq var:

Oğul: Müəllimim deyir ki, əsl gözəllik daxili gözəllikdir.

Ata: Bunu yalnız çirkin insanlar deyirlər.

Bu fikirlə müəyyən qədər razıyam. Zənnimcə, heç bir insan gözəl hesab etmədiyi bir predmeti, məkanı, canlını sevə bilməz. Daxilimizdə, lap dərinliklərdə gizlənən narsisizm bizə “sənənyaxşıya, əngözələ layiqsən!” deyə pıçıldayır. Bizdə əvvəlcə bizə təqdimolunanı gözümüzünvə qəlbimizinsınağındankeçirir, gözəllikmeyarlarımızauyğunolarsaqəbuledirvə yalnızbundansonrasevirik. İnsantəbiətininyalnızgözəlhesabetdiyinisevdiyini, gözəlolmayan üçünduyğularını “israf” etməkdənboyunqaçırdığını düşünürəm.

Kimsə küçədə dilənən çirkli, yaşlı, qaşqabaqlı, çoxluq üçün eybəcər sayılan bir dilənçini gözəl hesab etdiyini deyə bilər. Və yaolabilərki, müasirmeyarlarıntamamilə ziddiolanbirinsanındaxilialəmininzənginliyinə görə onugözəlsayırsınız. Bu, odeməkdeyilki, bucürinsanlardasizicəlbedənyalnızonlarınmənəvikeyfiyyətləridir. Olabilərki, həmindilənçinin üzündəkiqırışlarvə yagözlərindəkikədərsizə gözəlgörünüb. Digərnümunədə isə siziovsunlayanxüsusiyyəto şəxsindaxilialəmideyil, daxilidünyasınınsimasındakı əksidir. Olabilərki, utancaqbirgülüşünü, gözlərindəkiparıltını və ya üz cizgilərindəki qəribəliyi bəyənirsiniz. Bütünbunlardaxiliyox, zahirikeyfiyyətlərə olanheyranlıqdır. Yəni, nə olursaolsun, qarşınızdakı insanbaşqalarınıngözündə nə qədər “çirkin də olsa, istənilən halda siz onu ilk növbədə zahiri gözəlliyinə görə sevirsiniz.

Müxtəlif dövrlərdə “gözəllik” anlayışı

Hər hansı bir heyvan, ideya, əşya, şəxs və ya yerin zövq və ya məmnunluq şəklində qavranılmasını təmin edən səciyyəvi xüsusiyyətinə “gözəllik” deyilir. Gözəllik estetikanın ən ümumi, əhatəli kateqoriyası, estetik qiymətləndirmənin ən vacib amilidir. O, istisnasız olaraq bütün həyat və kainat təzahürlərini, təbiət və cəmiyyət hadisələrini, əmək, ictimai münasibət və incəsənət sahələrini əhatə edir. “İdeal gözəllik” isə müəyyən bir mədəniyyət daxilindəki “gözəllik” meyarlarına cavab verən və bəyənilən varlığa xasdır.

Qədim yunan filosofu Sokrat gözəlliyin gücünü göstərmək üçün onu “qısamüddətli tiranlıq” adlandırmışdı. Platon gözəlliyi sabit, metafizik bir ideya kimi qiymətləndirirdi. Heraklit deyirdi ki, "dünyanın ən gözəl quruluşu" və "ən gözəl ahəngdarlıq" əksliklərin vəhdəti və mübarizəsinin nəticəsidir. Konfutsi isə “hər şeydə bir gözəllik vardır, lakin bunu hamı görmür” deyə bildirirdi.

“Gözəllik” anlayışının meyarları müxtəlif dövrlərdə, ayrı-ayrı mədəniyyətlərə uyğun olaraq dəyişib və daim dəyişməkdədir. Müxtəlif heykəltaraşlıq nümunələrinə, rəsm əsərlərinə nəzər salsaq görərik ki, keçmişin insan gözəlliyi üçün tələb etdiyi xüsusiyyətlər müasir dövrdəki ilə qətiyyən üst-üstə düşmür. Məsələn, elə Leonardo da Vinçinin dünyaca məşhur olan “Mona Liza”sını götürək. Əsrlərdir ki sirrli təbəssümünün mənası açıqlanmayan bu portretdəki qadın qaşsız, düz sifəti, nazik dodaqları və kiçik, ətli gözlərilə yəqin ki XXI əsrdə çirkin hesab olunardı.

İntibah dövründə iri alınlar gözəllik simvolu olduğuna görə, qadınlar saçlarını başlarının ortasına qədər qırxırdılar. Müasir dövrdə Qərbdə bürünc dərinin sağlamlıq və gözəllik əlaməti hesab olunmasına baxmayaraq, 6-cı əsrdə qadınlar gözəlliyin mütləq tələbi hesab olunan solğun dəriyə malik olmaq üçün bədənlərində kəsiklər açaraq, öz qanlarını axıdırdılar. Çində isə orta əsrlərdə balaca ayaqlara malik olmaq gözəlliyin ən önəmli şərtlərindən idi. Ona görə də, gənc qızların ayaqlarının inkişafını dayandırmaq məqsədilə, onların ayaqları kiçik yaşlarından möhkəm bağlanırdı. Bu ənənə çox vaxt qızların ömürlük əlil olmaqlarına gətirib çıxarırdı.

“Çirkin gözəl”

Fransız dilində “Jolie laide” deyilən maraqlı bir ifadə var. Bu ifadə “çirkin gözəl” mənasını daşıyır. Qeyri-ənənəvi gözəlliyə malik olan insanlar bu cür adlandırılır. Məsələn, iri burnu, kiçik gözləri olan ya da qabaq dişləri aralı bir şəxs “çirkin gözəl” sayıla bilər. Məşhurlardan Şarlotta Gensbur, Sofiya Koppola, Barbra Streyzand bu kateqoriyaya aid edilirlər. “Çirkin gözəl”lər dövrün tələb etdiyi meyarlara uyğun gəlməyən, simmetrik üz cizgilərinə malik olmayan, bununla belə cəlbedici, özünəməxsus bir çəkiciliyə malik olan şəxslərdir.

Fikrimcə, “çirkin gözəl”lər zəmanənin sərt standartlarının belə “çirkinləşdirə” bilməyəcəyi qədər gözəl olan insanlardır. Onları “çirkin” edən isə yalnız müəyyən bir dövrün qoyduğu kəskin meyarlardır. Ola bilər ki, indiki dövrdə qeyri-ənənəvi görünüşü olan bir insan gələcəkdəki ənənəvi gözəlliyin təməlini qoysun. Ona görə də, bir insanı “çirkin” hesab etməzdən öncə iki dəfə düşünməliyik. Bəlkə elə yüz il sonra qoyulacaq meyarlara görə biz hamıdan “çirkin” sayılacağıq?

“Gözəllik” və özünə inam

Hər birimiz fərqli olduğumuz kimi, “gözəllik” üçün müəyyən etdiyimiz tələblər də mənsub olduğumuz cəmiyyətə, milliyətə, irqə, dinə, aldığımız təhsilə və tərbiyəyə, hətta ailəmizə uyğun olaraq təyin olunur.

Fikrimcə, insan özünəinamlı olmaq üçün mütləq özünü gözəl hesab etməlidir. Xarici görünüşünə qarşı kompleksi olan, özündən narazı şəxs hətta bütün gözəllik meyarlarına cavab versə də, ətrafındakı hər kəs ona gözəl olduğunu desə də, özünü çirkin hesab etməkdən xilas ola bilmir. Şəxs ilk növbədə ÖZÜ özünü gözəl hesab etməlidir. Xoşbəxtlik və rahatlıq yalnız bundan sonra qazanıla bilər. Bu cür yanaşma sizə dayazlıq və ya bəsitlik kimi görünə bilər. Lakin insanın “gözəllik” tələbi onun fiziki instinktləri kimi zəruri, gərəkli bir tələbatdır və izahını anlamasaq da, hər birimiz ona möhtacıq.

Gözəllik fərqlilik yox, fərdilikdir

Əksəriyyətimiz üçün “gözəllik” anlayışı məhduddur. Yəni, yalnız müəyyən meyarlara cavab verən bir tip bizə görə gözəldir. Elə bu məqamda “mənəviyyat” və “daxili zənginlik” anlayışları söhbətimizə qoşulur. Şəxsin gözəllik meyarları onun yaşadığı cəmiyyətə və s. uyğun olaraq formalaşa və məhdudlaşa bilər. Buna baxmayaraq, həmin meyarların nə dərəcədə az və ya çox olması şəxsin daxili aləminin zənginliyi və dünyagörüşü ilə bağlıdır. Məsələn, həyatı boyu öz qəbiləsindən kənara çıxmayan, heç bir texnologiya ilə tanış olmayan bir insan üçün dünyada onun qəbiləsindəki adamlardan başqa heç kəs gözəl deyildir.

İnsanlar çox vaxt “gözəllik”lə “fərqlilik” və “ekzotika” anlayışlarını qarışdırırlar. Belə insanlar üçün əksinə, öz “qəbilə”sindən kənardakılar daha gözəldir. Yəqin ki, nə vaxtsa sizin də yanınızda kimsə (və ya elə özünüz) lovğalanaraq, “məni çox vaxt xaricilərə bənzədirlər” deyib. Bu, ekzotika vurğunluğundan başqa bir şey deyildir. Şəxs heç vaxt görmədiyi, ona qeyri-adi görünən bir tipi dərhal gözəl adlandırır və gözünün öyrəşdiyi nümunələr adi, maraqsız statusu qazanırlar. Həmin şəxsin yeni “tapıntısı” hər nə qədər gözəl olsa belə, şəxs onu gözəl yox, maraqlı və qeyri-adi hesab etdiyinə görə bəyənir. Lakin gözəllik fərqlilik yox, fərdilik və individuallıqdır.

“Gözəllik” anlayışı və müasir dövr

Syuzen Kollinsin son illərdə olduqca şöhrət qazanmış “Aclıq Oyunları” trilogiyası (və ya əsərlər əsasında çəkilən filmlər) ilə çoxumuz tanışıq. Antiutopiya janrındakı əsərdəki ifrat gözəllik və dəb anlayışlarını görəndən sonra, gələcəyimizi təsəvvür etmək elə də çətin deyil: rəngbərəng, süni saçlar, insanların mimikalarını itirməklərinə gətirib çıxaracaq həddə qədər edilən plastik əməliyyatlar, ifrat dərəcədə boyanmış sifətlər, insanı müxtəlif heyvanlara bənzədən libaslar və s. Hazırda dünya ulduzlarının fərqlənmək, diqqəti cəlb etmək üçün girdikləri obrazlara, geyindikləri əcaib kostyumlara nəzər saldıqda, həmin dövrün artıq başladığını görə bilərik.

Son illərdə sosial şəbəkələrin həyatımıza daxil olması gözəllik üçün qoyulan tələblərin daha da konkretləşməsinə yardım edib. Onların sayəsində qeyri-təbiiliyin, süniliyin “gözəl” olduğu bizə təlqin edilir. Çoxlarımız “instagram” sayəsində məşhur gözəllik blogerlərinin fəaliyyətlərini izləyir, tövsiyələrinə əməl edirik. XXI əsr bizə başqalarının saç, göz və dəri rənglərinin hər zaman bizimkindən daha yaxşı olduğunu, “kloun konturlama” kimi gülünc makiyaj texnikasına əməl etməyi, ən azı bir neçə plastik əməliyyatdan sonra gözəlliyin bizim üçün əlçatan ola biləcəyini, məşhur ulduzların geyim tərzini təqlid etməsək, zövqsüz hesab olunacağımızı diqtə edir. Əgər bu əmrlərə tabe olmasaq, içində olduğumuz dövr bizi təkləyəcək, kənarlaşdıracaq və “çirkin”, “geridəqalmış” damğası vuracaq.

Fərqli mədəniyyətlərin, müxtəlifliyin getdikcə artdığı, tolerantlığın zərurətə çevrildiyi bir əsrdəyik. Buna baxmayaraq, fərqli xarici görünüşlü insanlara qarşı diskriminasiya hər zaman özünü göstərməkdədir. Hələ də bütün dünyada irqçi yanaşma mövcuddur. Müəyyən bir irqi ya da milləti və ona mənsub olan bütün insanları bütövlükdə “çirkin” hesab edənlər kifayət qədər çoxdur. Lakin irqçiliklə yanaşı, “özünə irqçilik” də geniş vüsət alıb. Gözəlliyi yalnız mənsub olduğu irqdən xilas olmaqda görən, Qərbin gözəllik meyarlarına uyğun gəlmək üçün ağlasığmaz üsullara əl atan bu insanların vəziyyəti məncə olduqca acınacaqlıdır. Bu o qədər ciddi bir psixoloji problemdir ki, heç bir fiziki dəyişiklik onu aradan qaldıra bilməz. Dəyişiklik ancaq şüurda olarsa, belə insanın normal psixoloji durumu bərpa olunar.

Gözəllik və simmetriya

Simmetriya hazırda gözəllik üçün qoyulan başlıca tələbdir. Üz cizgiləri müəyyən proporsiyalara uyğun gələn insanların siması gözəl hesab olunur. Belə çıxır ki, Merilin Monroya, Meqan Foksa, Kendall Cennerə ya da Bred Pittə bənzəmiriksə, sifətimiz hansısa riyazi hesablamalara uyğun gəlmirsə çirkinik?

Fikrimcə, simmetrik üz cizgiləri doğurdan da gözəldir. Amma simmetriya gözəlliyin mütləq və yeganə meyarı deyildir. İnsanlar simmetrik sifətləri daha asan qavraya bildiklərinə görə onları daha çox bəyənirlər. Simmetrik, qüsursuz, qırışsız, hamar, qaş-göz, ağız-burun ölçülərinin bir-birini tamamladığı bir sifətdə bütün emosiyalar, duyğular göz qabağındadır. Belə insanı dərhal anlayırıq və bəyənirik. Qeyri-simmetrik cizgiləri anlamaq üçün isə daha dərin qatlara enmək, araşdırmaq tələb olunur. Bir sözlə, insan özünü əziyyətə salmaqdansa, onu daha dərindən düşünməyə, anlamaq üçün vaxt sərf etməyə vadar edən simaları “çirkin” hesab etməyə üstünlük verir.

Gözəllik və təbiilik

Gözəllik demək olar ki, bütün zamanlarda süni üsullarla pərdələnib. Fikrimcə, insan müdaxiləsi nəticəsində əldə olunanla müqayisədə, yaradılışdan etibarən sahib olduğumuz təbiilik və özünəməxsusluq əsl gözəllik nümunəsidir. Kim deyir ki, çillər, xallar, xarizmatik, çıxıntılı burunlar ya da qabarıq çənələr çirkindir? Hansı çəkidə olacağımıza kim qərar verir? Axı kimin haqqı var ki bizləri - şüurlu insanları mütləq şəkildə müəyyən bir fiziki quruluşa malik olmağa vadar etsin? Bütün bu qərarları verənlər də bizim kimi insanlar deyillərmi? Öz doğrusunu sırıyan, meyarlar sayəsində milyardlarla insanı ovuclarının içinə alan və bununla da hədsiz dərəcədə böyük qazanc əldə edən adi insanlar… Heç elə bir adam görmüsünüz ki, ürəkdən gülümsəyərkən gözəl görünməsin? Mən görməmişəm. Özünə əmin yerişi, səmimi baxışları olan hansı insan çirkin ola bilər ki? Heç kəs!

Gözəlliyin əsas meyarı individuallıqdır. Bu da yalnız yaradılışdan bizə bəxş olunan təbiiliklə qazanıla bilər. Deməli, hər bir insan yaradılışdan etibarən fiziki olaraq gözəldir. Lakin bu o demək deyil ki, hansısa bir kompleksdən əziyyət çəkirsinizsə, ömür boyu bununla barışmalısınız. Əgər rahatlıq tapacaqsınızsa, sizi narahat edən xüsusiyyətinizdən xilas ola bilərsiniz. Fikrimcə, təbiiliyə xələl gətirən kiçik müdaxilələr deyil, köklü dəyişikliklərdir.

Mən gözələm, sən gözəlsən, biz gözəlik!

Gəlin, bu səhər güzgüyə başqa bir gözlə baxaq. Əvvəlcə özümüzün, sonra isə ətrafımızdakı insanların zahiri gözəlliklərini müşahidə edək və dəyərləndirək. Hollivud ulduzlarının, tanışlarımızın, instagramın beynimizdə formalaşdırdığı o məhdud qəlibi sındırıb çıxaq. Gözəlliyin irqi, milliyyəti yoxdur! İdeal boy, çəki, rəng, sifət deyə bir anlayış mövcud deyil! Gözəllik bütün vücudlarda və formalarda təzahür edir. Əgər kimsə sizi yenidən dövrün gözəllik meyarlarından hörülmüş amansız “tor”a qaytarmaq istəyərsə, boyun qaçırın və öz yolunuzda irəliləməyə davam edin. Onsuzda özünün fərdi gözəlliyini dərk etmiş şəxsi həmin tora salmaq mümkün deyildir. Və növbəti dəfə kimsə sizə xarici görünüşünüzlə bağlı bir irad tutanda, ona ən gözəl təbəssümünüzlə cavab verin!

Xülya Cəfərova


Tags:  Mehdudlasdirilan gozellik Xulya Ceferova Gozellik anlayisi

RƏYLƏR


Top news