Zaur Kamalla Manaf Ağayev arasında mübahisə - video

Zaur Kamalla Manaf Ağayev arasında mübahisə -  video
12:51 21 Oktyabr 2016
530 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Manaf Ağayevlə aparıcı Zaur Kamal arasında kiçik mübahisə yaşanıb.

Axşam.az-ın məlumatına görə, aparıcı “5/5” verilişinə qonaq olan ifaçını “Toylarda qalaq-qalaq şabaş yığan, şəhərdə on mənzili, 6 maşını, villası olan Manaf Ağayev. Camaat evində çəkiliş etdirmir ki, göz dəyər. Bu da bir villa tikdirib, bütün jurnalistləri yığıb ki, gəlin baxın” deyərək təqdim edib. Onun bu təqdimatı qarşı tərəfi əsəbiləşdirib.

M.Ağayev aparıcaya belə cavab verib:

“Kaş təqdimatın doğru olardı. Deyə-deyə hər şeyi qurutdun. Bir dəfə də özüm kimi təqdim et. Ev-eşik mövzusu qurtardı. Sizləri kişi bilib evimə dəvət etdim. İstəyir ki, bunun iynəsini vurum”.

Z.Kamal “Burda iynəni mən vururam. Biz də evinizə kişi kimi gəldik” cavabını verib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59659

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR