Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qara Qarayev: "Diqqətli olmasan, cəzalana bilərsən"

Qara Qarayev: "Diqqətli olmasan, cəzalana bilərsən"

Date: 21 October 2016 12:52

Milli.Az PAOK-la oyundan sonra "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin apasport.az-a müsahibəsini təqdim edir:

- Qələbə qazandığınız oyunla bağlı təəssüratlarınız necədir?
- Azarkeşlərimizə təşəkkür edirəm. "Qarabağ" bu qələbəyə layiq idi. Layiqli və vacib qələbə qazandıq. Bu qalibiyyət bizi aldatmamalıdır. Qarşıdakı oyuna daha ciddi hazırlaşmalıyıq.
 
- Oyuna itkilərlə çıxmışdınız. Üstəlik, kapitan iynənin gücünə meydana çıxa bildi. Bu, hansısa bir narahatlıq yaratmışdımı?
- Sözsüz ki, Rəşad, Reynaldo, Miçel komandanın əsas və aparıcı üzvləridir. Onların yoxluğu problem yarada bilər. Bu gün çalışdıq ki, bunu hiss etdirməyək. Meydanda olmayanların dəstəyi də qələbədə rol oynadı.
 
- PAOK gözlədiyiniz kimi oynadı?
- Onlar haqda xoş sözlər demək olar. Qrupumuzun təhlükəli komandasıdır. Amma bu gün biz daha yaxşı oynadıq. Bəzi epizodlar oldu ki, daha yaxşı qapana bildik. Bu da bizə qələbə qazandırdı.
 
- Səfərdəki oyunda da bu cür oynayacaqsınız, ya dəyişikliyə ehtiyac var?
- Oradakı oyun 2 dəfə ağır keçəcək. Buna görə də səfərdə ikiqat əzmlə mübarizə aparmalıyıq. Daha diqqətli olmalı, səhvlər etməməliyik.
 
- Bu qələbəyə qrupdan çıxmaq şansı baxımından ümid nöqtəsi demək olarmı?
- Qarşıda hələ 3 oyunumuz var, bu da 9 xal deməkdir. Bu gün uduzsaq belə, şansımızı itirmirdik. Razıyam, azalacaqdır, amma bu qələbə sonuncu tura qədər şansımızın davam edəcəyi deməkdir.
 
- Yunanıstan səfərinə qədər "Neftçi" ilə qarşılaşacaqsınız. Bu matçın necə, ağır keçəcəyini düşünürsüz?
- "Neftçi"nin durumundan asılı olmayaraq, hər zaman matçlar derbi ab-havasında keçib. Bu oyunda daha çətin "Neftçi" gözləyirik. Onlar ən yaxşı şəkildə mübarizə aparacaqlar bizə qarşı.
 
- Ehtiyat edirsiniz?
- Əlbəttə, ehtiyat olunmayası komanda yoxdur. Diqqətli olmasan, cəzalana bilərsən.
 
- Amma "Neftçi" əvvəlki kimi güclü deyil...
- Onlar bizə qarşı yaxşı motivasiya olurlar. Dönüş nöqtəsi kimi yanaşacaqlar. Belədə bizim üçün çətin bir oyun olacaq.
 
- Premyer Liqada ən uzunömürlü dueldir. Yenə derbi ab-havası duyulacaqmı?
- Bu, azarkeşlərdən asılıdır. Ab-havanı yaradan onlardır. Onların dəstəyi, oyuna marağı, yaratdıqları ajiotaj, ortam oyunu derbi halına gətirir. Azarkeşlərin gəlişindən çox şey asılıdır. Görək onlar neyləyəcəklər.

Milli.Az


Tags:  Qara Qarayev Diqqətli olmasan cəzalana bilərsən

RƏYLƏR


Top news