SOCAR istiqrazları 1 000,45 dollara alınır, 1 015 dollara satılır

SOCAR istiqrazları 1 000,45 dollara alınır, 1 015 dollara satılır
12:57 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyətini həyata keçirən "PSG Kapital" investisiya şirkəti qiymətli kağızların təkrar bazarı üzrə yeni alış-satış qiymətlərini açıqlayıb. Bu barədə "Report" "Bakı Fond Birjası" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, hazırda SOCAR istiqrazları 1 000,45 dollara alınır, 1 015,00 dollara satılır.
Xatırladaq ki, SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 17-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın geri alma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/socar-istiqrazlari-1-000-45-dollara-alinir-1-015-dollara-satilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR