Azərbaycanda qorunan əmanətlər üzrə ödənişin öz valyutasında aparılması təklif edilir

Azərbaycanda qorunan əmanətlər üzrə ödənişin öz valyutasında aparılması təklif edilir
13:02 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanda qorunan bank əmanətləri üzrə kompensasiya ödənişlərinin hər bir halda öz valyutasında həyata keçirilməsi ilə bağlı məsələ hökumətdə müzakirə olunur. "Report"un verdiyi xəbərə gğrə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.
"Hökumətdə bunu bir daha müzakirə etdik. Prezidentlə də məsləhətrləşmələr aparılıb. Əgər qanunvericilik buna yol verərsə, çox güman ki, belə birləşdirilən əmanətlər üzrə kompensasiyalar manatla ödənilən kimi, onun valyutaya da konvertasiyası üzərində iş aparırıq. Bu məsələ Prezidentə kimi məruzə olunub. Hazırda bu məsələlərlə məşğuluq", - deyə MBNP başçısı bildirib.
Qeyd edək ki, hazırda əgər bir şəxsin bankda bir neçə valyutada (o cümlədən, manatla) qorunan əmanəti varsa, o zaman toplam kompensasiya milli valyutada ödənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-qorunan-emanetler-uzre-kompensasiyanin-oz-valyutasinda-aparilmasi-teklif-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR