Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı məhkəməsi qan davası olan Türkiyə vətəndaşının ekstradisiya edilməsi barədə qərar qəbul edib

Bakı məhkəməsi qan davası olan Türkiyə vətəndaşının ekstradisiya edilməsi barədə qərar qəbul edib

Date: 21 October 2016 13:02

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Engin Said Dudunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimata baxılıb.
"Report"un xəbərinə görə, hakim Fikrət Qəribov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Engin Said Dudu 1984-cü ildə Mardində doğulduğunu və orada qan davası olduğunu deyib. O, 2008-ci ildə universitetdən çıxanda üstünə hücum çəkildiyini qeyd edib: "Mən də onu vurdum. Barəmdə qəsdən sağlamlığa ağır zərbə vurma ilə cinayət işi başladıldı. Barəmdə həbs qətimkan tədbiri seçilmədi, lakin məhkəmə mənə 3 il 4 ay şərti həbs cəzası veridi. Həmin şəxslər qan davası olduğu üçün məni axtarırdılar. Ona görə də Azərbaycana qaçdım. Burada ailə qurmuşam, 7 aylıq körpəm var. Artıq cinayət işimlə bağlı Türkiyədə aministiya aktı imzalanıb".
Türkiyə vətəndaşı bildirib ki, ölkəsinə getmək istəyir: "Ailəm oradadır deyə, xahiş edirəm məni ekstradisiya edin".
Daha sonra posesdə qərar elan edilib. Məhkəmə Engin Said Dudu barədə Türkiyə Respublikasına ekstradisya edilməsi ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, 32 yaşlı Engin Said Dudu bu il sentyabrın əvvəlində Heydər Əliyev Beynəlxalq Hava Limanında xaricə getmək üçün Azərbaycan sərhədini keçmək istəyən zaman saxlanılıb. O, Türkiyədə axtarışda olub.

Tags:  Bakı məhkəməsi qan davası olan Türkiyə vətəndaşının ekstradisiya edilməsi barədə qərar qəbul edib

RƏYLƏR


Top news