Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU
13:03 21 Oktyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir.

Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 22-də yarımadada və paytaxtda mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11° isti, gündüz 11-14° isti, Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 12-15° isti , dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/172999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR