Dünyada ilk dəfə: "Məni Suriyaya qaytarın!" - FOTO

Dünyada ilk dəfə: "Məni Suriyaya qaytarın!" - FOTO
13:05 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Burada yaşamaq istəmirəm! Məni vətənimə, Suriyaya, Hələb şəhərinə qaytarın. Hələb bombardman olunur, viran qalıb, amma oraya dönmək istəyirəm. Burada dilənçi kimi yaşamaqdansa orada insan kimi yaşayıb, insan kimi ölərəm".

Suriyalı Məcid əl Zuebi belə deyir. O, dünən Londonda həbs olunub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Suriya qaçqını Məcid əl Zuebi oktyabrın 8-də Almaniya pasportu ilə Britaniyaya gedib.

O, həmin gündən etibarən Londondakı bahalı otellərdə qalmalı olub.

Dediyinə görə, sığınacaqlarda və ya hospislərdə yer ayrılmadığı üçün Rolex qol saatını 3 min funt-sterlinqə sataraq "Four Seasons Hotel"də yaşamağa məcburdur.

"Sənədlərim yoxdur ki, sığınacağa gedəm. Küçəyə çıxa da bilmirəm, çünki həbs oluna bilərdim. Pasportumu əlimdən alıblar, nə edim?! Bu otelinsə daimi müştərisi olduğum üçün məni pasportsuz yerləşdirdilər. Suriyaya qayıtmaq istəyirəm!" - plastik cərrah əl Zuebi söyləyib.

Plastik cərrah olan əl Zuebi Suriyada aylıq gəlirinin minimum 8-10 min dollar olduğunu, çox yaxşı yaşadığını söyləyib.

Britaniyada isə onun pasportu əlindən alındığından işləməsi mümkün deyil.

Məcid əl Zuebi Suriyaya qaytarılmasını tələb etsə də, Britaniya qanunvericiliyinə görə o, yalnız 6 ay sonra deportasiya oluna bilərdi.

Bu səbəbdən də suriyalı cərrah Londonun Kroydon səmtində, Britaniyanın Daxili İşlər Nazirliyinin yerləşdiyi "Lunar House"un qarşısında etiraz aksiyası keçirirdi.

Onun sözlərinə görə, deporatisiyası barədə qərar verilməyincə nazirlik binasının qarşısını tərk etməyəcəkdi.

Dünən 6 polis onu həbs edib. Suriyalı cərrah ictimai asayişi pozmaqda suçlanır.

Məcid əl Zuebi Avropada sığınacaq alandan sonra Suriyaya qaytarılmasını tələb edən ilk qaçqındır.

Milli.Az
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/481626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR