"Qarabağ"ın Danisi Pol Poqba ilə "müharibə"də. Kömək edəkmi? - FOTO

"Qarabağ"ın Danisi Pol Poqba ilə "müharibə"də. Kömək edəkmi? - FOTO
13:12 21 Oktyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

Ötən axşam Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2:0 hesabı ilə PAOK-a qalib gələn "Qarabağ" daha bir uğura yaxındır.

Milli.Az xəbər verir ki, "Qarabağ"ın dünənki qarşılaşmada meydanda ən yaxşısı olan - iki qoldan birinin müəllifi Dani Kintana UEFA-nın azarkeşlər arasında həftənin ən yaxşı oyunçusu adına sorğusunda əsas namizəddir.

Bu dəqiqəyə qədər olan səsvermənin nəticəsinə görə, Dani Kintana səslərin 71%-ni toplamaqla birinci yerdə qərarlaşıb. Ən yaxın izləyicisi "Manchester United"in ulduz futbolçusu Pol Poqbadır. O, səslərin 8%-ni toplamağı bacarıb.

Səs vermək üçün http://mvp.uefa.com/en/uefaeuropaleague/results linkinə daxil olub, UEFA-da hesabınız yoxdursa, sol tərəfdəki digər sosial şəbəkələrlə bağ vasitəsilə Danini birinci edə, həmçinin səs verdikdən sonra sosial şəbəkələrdə paylaşa bilərsiniz.

Səs verin, Dani birinci olsun!

Təhməz Təkin

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR