Bakıda binadan yıxıldığı deyilən 19 yaşlı qadının intihar etdiyi məlum olub

Bakıda binadan yıxıldığı deyilən 19 yaşlı qadının intihar etdiyi məlum olub
13:27 21 Oktyabr 2016
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda binanın 9-cu mərtəbəsindən düşərək ölən qadının intihar etdiyi məlum olub.
"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, özünü yerə atan qadın əvvəlcə qollarını kəsərək intihara cəhd edib.
Məlumata görə, ötən gecə Yeni Günəşli qəsəbəsi "AB" yaşayış massivi ev 56 mənzil 27 ünvanında yaşayan 1997-ci il təvvəllüdlü Əsgərova Sərvinaz Salman qızı şam yeməyi vaxtı həyat yoldaşı ilə mübahisə edib. Bundan sonra o, qollarını kəsməyə başlayıb. Həyat yoldaşı isə ona mane olmağa çalışıb. Lakin fikrindən dönməyən gənc qadın özünü yaşadıqları evin eyvanından yerə atıb. O, yerə düşərkən paltarların asıldığı iplərə dəyib.
Yerə çırpılan S.Əsgərova xəstəxanaya aparılarkən Təcili Tibbi Yardım maşınında dünyasını dəyişib.
Ölən qadının 2 yaşlı övladı var.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.





Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-binadan-yixildigi-deyilen-19-yasli-qadinin-intihar-etdiyi-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR